İyulun 15-də Berlinin Humboldt Universitetində “Baku in Soviet and Post-Soviet Culture. Clashes and Contacts” (“Bakı sovet və postsovet kültüründə. Ziddiyyətlər və təmaslar”) mövzusunda seminar keçiriləcək.
Berlinin Humboldt və Frei (Azad) Universitetlərinin birgə təşkil etdiyi bu tədbirdə Almaniyadan Torben Philipp, Clemens Günther, ABŞ-dan Leah Feldman, Fransadan İbrahim İbrahimov, Rusiyadan Valentina Smirnova, Azərbaycandan Anar İmanov və Elmir Mirzəyevin çıxışı planlaşdırlır.
Seminar çərçivəsində kulturoloq Elmir Mirzəyevin təqdimatında rejissor Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” qısa metrajlı filmi nümayiş etdiriləcək.