“Bazardüzü” Xeyriyyə tədbiri başlayır!

Yeni il ərəfəsində üç günlük “Bazardüzü”ndən beynəlxalq xeyriyyəçilik “Marafon”unu qeyd edirik!  “The Green”in hər 3 mərtəbəsində dekabrın 20, 21 və 22-si  paytaxt sakinləri və qonaqları üçün Bazardüzü əsl bayram təşkil edir!

Tədbirin proqramına moda “POP-up”, sənətkarlar sərgisi, vinil satışı və “Playing for…”-dan   musiqi proqramı daxildir. Bu üç gün ərzində  dizaynerlərin və sənətçilər işləri ilə birlikdə möhtəşəm musiqi festivalı keçiriləcək. Festivalın proqramına DiHaj, Albina, Afşin Əlizadə üçlüyü, Keytarman və Master Memory Unit-in canlı ifaları, hip-hop sənətkarlarının ifaları, yerli rəqs icmalarının nümayişi daxildir. Gecə proqramı beş xarici DJ-lərin ifaları ilə tamamlanacaqdır: Clovis (Almaniya), Vako T (Gürcüstan), Ika (Gürcüstan), David Gurrier (Rusiya), bOn (Rusiya) və 14 ən yaxşı azərbaycanlı DJ. İstedadlı yerli və xarici dizaynerlər öz yeni kolleksiyaları, zərgərlik əşyalarını  POP-up-da  təqdim edəcəklər. Rəssamlar bənzərsiz rəsm əsərləri,  illüstrasiyalar və keramika əsərlərini qonaqlarla bölüşəcəklər. Festivala gələn hər bir qonaq, ingilis sənətçisi Eva Look ilə bir kollaj ustad dərsində iştirak edə biləcək. Hər kəsin sevdiyi vinil bölməsində isə müxtəlif musiqi janrlarının vinillərini dinləyib əldə eləmək olar.

Bayram ərəfəsində “Bazardüzü”ndən “Marafon” və “Playing for…” yeni il möcüzəsi yaratmaq və “Müşviq” ictimai birliyindən fiziki qüsuru olanları sevindirmək istəyir. Musiqi marafonu tədbiri çərçivəsində toplanan vəsait Müşviq İB-yə bağışlanacaq.

Rahat vaxt, şəhərin mərkəzində geniş bir yer və “Bazardüzü”nün fərqli “Marathon” proqramı heç kəsi laqeyd qoymayacaq!

Hər kəsi 20 dekabr 18:00-dan; 21 dekabr 12:00-dan; 22 dekabr saat 12:00-dan “The Green”də (Molokan bağı yaxınlığı) gözləyirik.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir