İlkin Hüseynov

 İlkin Hüseynov

Gəncədə anadan olmuş və hal-hazırda Bakıda fəaliyyət göstərən fotojurnalist və sənətçi İlkin Hüseynov fotoqrafiya, film və kitab çapı sahələrində çalışıb. İlkin Avropada təhsil alıb və gənc yaşlarından işinin vizual yetkinliyinə görə tanınıb, Praqada İfa Sənətləri Akademiyasının Film və TV Məktəbini, habelə Madriddəki EFTİ Fotoqrafiya Məktəbini bitirib. Onun beynəlxalq mükafatlar qazanmış ilk mühüm işi “Mühit” (2013), London Photography tərəfindən diqqət görüb və Invisible Photographer Asia, habelə Manuel Rivera-Ortiz institutu tərəfindən mükafatlara layiq görülüb. Avropada olan zaman o, müxtəlif rezidenturalarda iştirak edib və işlərini Avstriya, Azərbaycan, Belçika, Gürcüstan, Yunanıstan, Hindistan, İtaliya, İspaniya, Türkiyə eləcə də Niderlandın Amsterdam şəhərində prestijli Grid Foto festivalında sərgiləyib. Əsasən Azərbaycandakı sosial problemlərə diqqət çəkən İlkinin işləri, həmçinin fotojurnalist kimi Associated Press, CNN International, Global Journalist və Reuters kimi bir çox mətbuat orqanlarnda nəşr olunub. O, 2014-cü ildə hələ də redaktor fəaliyyətini davam etdirdiyi Riot Boos – kiçik tirajlı sənət kitabları çap edən nəşriyyatı yaradıb. Onun Bakının dəyişən landşaftını müşahidə edən “Narahatçılığa görə Üzr İstəyirik” (2017) foto-kitabı özü tərəfindən əsası qoyulmuş Rally in the Streets tərəfindən çap olunub. İlkin regional incəsənət və mədəniyyət vebsaytı olan Çayxananın daimi əməkdaşıdır. O, həmçinin həyat yoldaşı, rejissor Leyli Qafarova ilə birgə ictimai aktivizm, film və incəsənət mərkəzi olan Salaam Cinema-nın qurucularından biridir.

 

 

İlkinin foto işləri dəyişkən sosial dinamikalar və modernləşməyə aid məsələlərin üzərinə fokuslanıb. Sonuncu “Narahatçılığa görə Üzr İstəyirik” (2017) sənət kitabında İlkin Bakıda şəhərin mənzərəsində sürətlə gedən dəyişikliklərdən qaynaqlanan hər addımda qarşılaşdığımız tikinti lövhələrini fotoya alıb. Lövhələrin üzəri şəhərdəki əsas binaların – Qız Qalası, Alov Qüllələri, Hökumət Evi və bu kimi başqa tanınan fasadların solmuş fotoları ilə örtülüdür. Lövhələrin üzərindəki fotolar özləri solmuş, cırılmış və şəhər həyatının çirkabı ilə örtülmüş vəziyyətdədir, bəzən cırıqların altındakı daha köhnə qatlardan digər mənzərələr üzə çıxır ki, bu da şəhərin mənzərəsini durmadan dəyişən davamlı inşaat prosesini məcazi formada ifadə edir. Bu, həmçinin Bakının itirilmiş urbanistik mirasının xarakterinə işarə edir, hansı ki, son 20 ilin sürətli modernləşməsi nəticəsində öz yerini daha çox beynəlxalq mərkəz şəhəri atmosferinə təslim edib. Fotolar Bakının transformasiyasına canlı şahidlik etmiş bir çoxlarının hiss etdiyi emosional gərginliyi də ifadə edir.

Bakıdakı Gazelli Art House-da 2018-ci ilin mayında təşkil olunmuş “1918” sərgisində İlkin qonşu ölkələrlə paylaşılan ekosistemi və Sovet İttifaqının parçalanmasından sonrakı iqtisadi çətinliklərlə üzləşən zonaları təmsil edən Kür və Araz çayları sahilində yaşayan insanların əziyyətini təsvir edən “Ortaq Su” (Shared Water) layihəsini nümayiş etdirib. Onun fotoları unudulmaz təəssüratlar bağışlayır – fotolar iqtisadi böhranın yaratdığı viranlığı təsvir edir, amma onlar həmçinin bu ərazidə bütün çətinliklərə rəğmən yaşamağa və işləməyə davam edən insanların möhkəmliyini göstərir. Sosial dəyişikliklərə fokuslanmış fotoqraf olaraq, İlkin bu məsələləri ləyaqət və ustalıqla nümayiş etdirir.

İlkin Hüseynov

Shared Waters

Under Construction

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir