“Canli” Performans
Sizi, “Ta(r)dino 6” ilə birlikdə rəssamlar Sitara İbrahimbəyli və Vüsal Rəhimin şam yeməyi performansına dəvət edirik. Performans üç hissədən ibarət olacaq: Niyə yeyirik? Nə qədər yeyə bilərik? Neçə müddət yeyə bilərik?
İştirak etmək istəyənlər gəlib-gəlməyəcəkləri ilə bağlı məlumatı eventbrite vasitəsilə bildirməlidir. Yerlər məhdud olduğu üçün bu məlumat bizə vacibdir!
14 oktyabr Bazar ertəsi saat 19:30-da Ta(r)dino6 və “VarYox”un təşkilatçılığı ilə canlı performans baş tutacaq. Sitara İbrahimbəyli və Vüsal Rəhim tərəfindən təqdim olunan və kuratorluğunu Lesli Qreyin öhdəliyinə götürdüyü performansa dəvətlisiniz. Məkanın ölçüsünə görə tamaşaçıların sayı məhduddur. İştirak etmək üçün əvvəlcədən ‘İştirak edirəm’ düyməsini sıxmaqla qeydiyyatdan keçməlisiniz. Boş yerlər qaldığı halda siz iştirak etmək şansı əldə edəcəksiniz. İştirakçılara dəvət barədə məlumat 13 oktyabrda göndəriləcək.