“Cəsur Qızlar” kitabının təqdimatı

 “Cəsur Qızlar” kitabının təqdimatı

Sentyabrın 8-i 14:00-da Baku Idea Lab-da “Cəsur Qızlar” kitabının təqdimatı keçiriləcək. Təqdimat 5-14 yaşlı uşaqlar və onları müşaiyət edən valideynlər üçün nəzərdə tutulub. Tədbirdə uşaqlar üçün öyrədici və əyləncəli oyun təşkil olunacaq.

“Cəsur Qızlar” cəmiyyətdə mövcud gender rolları ilə bağlı stereotipləri qıran görkəmli Azərbaycan qadınlarına həsr edilmiş kitab layihəsidir.

Kitabda tarixdə iz qoymuş və müasir Azərbaycan qadınlarının hekayələri yer alıb. Burada həmin qadınların həyat yolu, uğur və nailiyyətləri öz əksini tapıb. “Cəsur Qızlar” kitabı valideynlər və nənə-babalar tərəfindən axşamçağı, yuxudan əvvəl öz övladlarına oxunması məqsədilə yazılmışdır.

Kitabda ilk azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyova, “İşıq” jurnalının redaktoru Xədicə Əlibəyova, ilk milli qadın opera müğənnisi Şövkət Məmmədova, ilk milli kinoaktrisa İzzət Orucova kimi tarixi şəxsiyyətlərin, eləcə də hal-hazırda yaşayıb fəaliyyət göstərən cəsur qadınların hekayətlərini görə bilərsiniz.

Kitabın boş buraxılmış son səhifəsi xəyalpərəstlərin öz hekayələrini qələmə alması üçün nəzərdə tutulub.

Layihənin məqsədi gender bərabərliyi, gender stereotipləri mövzusu ətrafında müzakirələri artırmaq, gənc nəsilin təhsil və motivasiyasını gücləndirməkdir.

“Cəsur Qızlar” layihəsi gənc feminist aktivistləri qrupu “Equals” tərəfindən həyata keçirilib. “Equals” Azərbaycanda gender bərabərliyi haqqında müzakirəni artırmaq  məqsədilə yaradılmışdır.

Kitab İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə nəşr olunmuşdur.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir