Faiq Əhməd

 Faiq Əhməd

Faiq Əhməd yaradıcılığının əsas hissəsi olan xalça onun unikal estetik yanaşması ilə birləşməsi sayəsində rəssama dünya miqyasında tanınma və şöhrət gətirib. Bakıda yaşayan rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakultəsinin məzunudur. Onun yaradıcılıq fəaliyyəti bir sıra sahələri, o cümlədən, heykəltəraşlıq, rəsm və video-art sahələrini əhatə edir. O, sənəti, fərqli yanaşması, ənənəvi motivləri müasir baxış çərçivəsindən təqdim etməsi ilə dünya miqyasında özünü təsdiq edib. 2007-ci ildə rəssamın əl işi Venesiya bienalı çərçivəsində Azərbaycan pavilyonunda nümayiş etdirilir və 2013-cü ildə o, İslamın vizual ənənələrindən ilhamlanmış müasir incəsənət əsərlərinə verilən prestijli Viktoriya və Albert Muzeyinin (London, Böyük Britaniya) “Jameel” mükafatına layiq görülür. Faiqin əl işləri çoxlu sayda yerli sərgilərdə, o cümlədən, Nyu-York, Paris, London, Berlin, Roma, Dubay və Moskva kimi şəhərlərdə keçirilən müxtəlif qrup sərgiləri çərçivəsində nümayiş etdirilib. Bundan əlavə, Faiq Əhmədin əsərləri Bakı Xalça Muzeyində, Los-Anceles İncəsənət Muzeyində və Sietl İncəsənət Muzeyində ictimai kolleksiya çərçivəsində, həmçinin dünyanın bir çox yerində fərdi kolleksiyalar sırasında sərgilənib. Erkən yaşlarından xalçalara valeh olan Faiqin yaradıcılığı Azərbaycan mədəniyyətinin ən mühüm simvollarından birini dünyaya tanıdır və bununla da ictimai, mədəni və mənəvi mövzuları əks etdirir. Xalça ilə bağlı yaradıcılığında rəssam rəqəmsal dizaynlar yaradır, sonra isə məharətli azərbaycanlı xalçaçılar rəssamın miqyas, naxış və perspektivlə manipulyasiyasının məhsuluna uyğun xalçalar toxuyur. Məhz dizayn və texnika sayəsində incəsənət əsərləri ənənə və müasirlik arasında mövcud olan zaman bağını manipulyasiya edir.

 

Buna baxmayaraq, Faiqin genişmiqyaslı instalyasiyalarında və videosənət nümunələrində xalça bir görüntü daşıyıcısı kimi genişlənir və hüdud tanımır. 2016-cı ilə Romanın MACRO müasir incəsənət muzeyi Faiq Əhmədin “Qavrama nöqtələri” adlı solo şousuna ev sahibliyi etdi. Faiq bu layihəsində ona ilham verən mövzulardan biri olan sufiliklə bağlı nəhəng xalça instalyasiyası yaradır. Burada otaq genişliyindəki yaşıl namaz xalçası sərgiləndiyi məkanın ortasında kəsişənədək dalğalanır. Bu əsərində rəssam şüurun genişlənməsini araşdırır, çünki şüurun genişlənməsi reallığa əsaslanmasından, ya da təsəvvüfün bizim baxışımıza və ətrafımızdakı dünyanı anlamağımıza təsir etməsindən asılı olmayaraq, qavramaq bacarığına aiddir.

 

Onun 2016-2017-ci illərdə Yarat Müasir İncəsənət Məkanında nümayiş etdirilən “Nə var, odur” adlı fərdi sərgisində Faiq Azərbaycan mədəniyyətinin bir hissəsinə çevrilmiş yetkinliyə keçid ayinlərini, gender rolları və ictimai həyatla bağlı sosial ritualları əks etdirir. Bu dramatik sərgi ənənəni və onun müasir cəmiyyətdə yerini, həmçinin ənənələr yox olmağa başladıqda nə baş verdiyini araşdırır. Sərgidə al-qırmızı maddəyə dalğalanaraq tökülən qalın yundan hazırlanmış “Bakirə” (2016) adlı xalça və ona əlavə olaraq “Ən böyük” (2016) adlı qənd kəllələrindən ibarət monumental instalyasiya nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu iki əsər özlüyündə ənənəvi gender stereotiplərini müqayisə edir. “Sosial anatomiya” (2016) adlı videoçarxında isə Faiq Əhməd insanların sinxron şəkildə açıq məkana daxil olub tərk etməsinin yuxarıdan çəkilən götrüntüsünü təqdim edir. İttihaf ayinlərini, ritualları həyata keçirdikcə onların hərəkətləri xalçanın naxışlarını təkrarlayır. Bu səhnənin başqa-başqa iştirakçılarının özlərindən daha mühüm olan bir şeyi yaradıb qorumaq üçün bir araya gəlməsi sayəsində bu əsər dəyərini saxlayır.

 

 

Bu yaxınlarda “Goethe Institut”la birgə Bakıdakı Kapelhausda keçirilən sərgi çərçivəsində, ilk dəfə 2017-ci ilin ortalarında İsveçin Tekstil Muzeyində sərgilənmiş, Faiq Əhmədin “Equation” adlı nəhəng xalçadan ibarət əsəri Buddist və İslam naxışları arasındakı bağlantıya və onların Skandinav xalq mifologiyasına təsirinə aid intensiv araşdırma layihəsinin məhsuludur. Sərgiləndiyi binanın interyerində üstünlük təşkil edən bu əl işi bütün məkan boyu yayılmış xalçanın deformasiyasını göstərməklə incəsənətin əsasında ilham verən ünsürlərin durduğuna işarə edir. Həmin əsərdəki ənənəvi Nordik və Azərbaycan motivləri, naxışları, simvolların zaman və məkanı üstələyən yeni ikonoqrafiya dilinə uyğun konfiqurasiya edildikcə və kökləndikcə peyda və yox olur. Əsas diqqəti regionun incəsənətində və musiqisində əks olunan mədəniyyətlərarası əlaqələrə cəmləşdirən bu məşhur əl işi 2017-ci ilin dekabr ayından 2018-ci ilin yanvar ayınadək davam edən İpək Yolu Festivalında sərgilənib. Festivalda nümayiş etdirilən həmin bu əsər növbəti ideyanı simvolizə edir – rəssam Azərbaycanın rəsm irsini qorumaqla birgə, xalçaya öz innovativ baxışını tətbiq edərək bu ənənəni gümrahlaşdırır, unikal tərzdə müasir həyatı əks etdirən keçmişi və gələcəyi birləşdirmək bacarığı ilə ona yeni nəfəs verir.

Faiq Əhməd (foto: Matthew)

Buna da baxın:

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir