DokuBaku LAB təlimlərə qəbul elan edir!

 DokuBaku LAB təlimlərə qəbul elan edir!

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı DokuBaku Lab nəzdində keçirilən mentorluq və təlim proqramına qəbul elan edir. Ümumilikdə 3 həftə davam edəcək proqramda sənədli film sahəsində uğurlu işlər görmüş beynəlxalq təlimçilərdən ibarət komanda layihə ideyası olan, lakin onu necə formalaşdırmalı olduğunu bilməyən sənədli film həvəskarları üçün silsiləvi təlimlər verəcək.
Mentorluq proqramına bir neçə sənədli filmi ilə mükafatlar qazanmış gürcü sənədli film rejissoru Nino Orjonikidze rəhbərlik edəcək. Onun mentorluğu ilə ideyasını formalaşdırmağı və layihə halına salmağı öyrənən iştirakçılar ard-arda bir neçə təlimçidən fərqli mövzularda dərs ala biləcək. Təlimçilər arasında Hans Robert Eisenhauer, Likka Vehkalahti və digər sənədli film professionallarının adları var.

Mentorluq və təlim proqramına Azərbaycanın bütün bölgələrindən qatılmaq mümkün olacaq. Pandemiya ilə bağlı olaraq təlimlər tam onlayn keçirilir. Beynəlxalq təlimçilərlə keçirilən bu proqramda iştirak seçim yolu ilə baş tutacaq və təlimlərə qatılan iştirakçının hər birinə 200USD təqaüd veriləcək. Hər bir iştirakçı müraciət edərkən film ideyasını təqdim etdikdən sonra seçilən iştirakçılara film ideyasının formalaşdırılması, layihə halına salınması öyrədiləcək.
Layihənin reallaşması üçün maliyyə dəstəyi alınması, dəstək üçün müraciətin hazırlanması, pitçinqə hazırlıq və digər təlimlərlə yanaşı, iştirakçılar mentorluq proqramının sonunda layihələri ilə pitçinqə iştirak edəcək və bir qalib filmin ilk çəkilişləri, treylerin hazırlanması və layihə təklifinin hazırlanması üçün 500USD dəstək qazanacaq.

Layihə üçün gözəl ideya ilə yanaşı, digər əsas tələblər kəsintisiz internet bağlantısı və ingilis dili biliyinin olması, proqramda dəqiq iştirak imkanıdır. Müraciət üçün son tarix 10 fevraldır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir