Emalatxana / Qrifonlu Ev

VarYox olaraq biz Bakıda incəsənət və mədəniyyət üçün üç tarixi ictimai məkanı sənədləşdirmişik. Bu tarixi yerlərdən biri də Emalatxanadır.

Emalatxana müasir dövrün sənət məkanıdır. Emalatxananın məqsədi vegetarian kafedən daha çox yaradıcı fəaliyyətlər üçün platformalardan biri olmaqdır. Onlar Azərbaycanda hazırda inkişaf edən incəsənəti dəstəkləməyə can atırlar. Bu səbəbdən Emalatxana yüksək maraq göstərir və aşağıdakı fəaliyyətlərlə məşğul olan şəxslərlə müxtəlif layihələr həyata keçirməyə hazırdır: Rəsm, Fotoqrafiya, Heykəltəraşlıq, İnstalyasiya, Teatr, Ədəbiyyat, Kino və Musiqi və s. Onlar şəhərimizdə yaradıcı insanlarla dolu mühit yaratmaq istəyirlər.

Bu layihə Danimarka Mədəniyyət İnstitutu tərəfindən dəstəklənib.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir