Molokan İbadət Evi / Salaam Cinema
VarYox olaraq Bakıda incəsənət və mədəniyyət üçün üç tarixi ictimai məkanı sənədli video arxivə əlavə etmişik. Bu tarixi yerlərdən biri də Molokan məbədidir .
Bakının mərkəzində yerləşən tarixi Molokan ibadət evinə hal-hazırda “Salaam Cinema” icması yerləşib. İcma ianə dəstəyi ilə binanı yenidən təmir edərək onu mədəniyyət əhatəsinə çevirib.
2019-cu ilin mart ayından etibarən məkanın fiziki məsuliyyətini daşıyan sahiblər bu tarixi binanı sökmək planları ilə irəliləsələr də, “Salaam Cinema” cəhdlərə müqavimət göstərdi və yalnız şəhərdəki görkəmli müstəqil intellektual məkanı deyil, həm də Bakının urban və memarlıq mənzərəsinin dəyərli parçası olan binanı xilas etmək üçün öz icmasını hərəkətə gətirdi. Uğurlu ictimai kampaniyadan sonra 3 avqust 2019-cu ildə bina tarixi status qazandı və dağıdılma təhlükəsindən mühafizə olundu.
Bu layihə Danimarka Mədəniyyət İnstitutu tərəfindən dəstəklənib.