Faiq Əhmədin Honoluluda sərgisi olub
19 yanvarda ənənəvi sənətlər və tekstil barəsində cəsur və müasir yanaşması ilə məşhur olan dünya şöhrətli rəssam Faiq Əhmədin Şanqri La qalereyasında və Honolulu İncəsənət Muzeyində sərgisi olub. Sərgi Havay adalarından “smallerclusters“in musiqisi fonunda keçirilib.
Həmyerlimiz Faiq Əhməd dünya şöhrətli rəssamdır. O, ənənəvi sənətləri müasir skulptura üslubunda incəsənət əsəri kimi təqdim edən konseptual əl işləri ilə məşhurdur. Rəssam ikonik mədəni obyektləri istifadə edərək ənənəviliyi gözdən keçirən və eyni zamanda ona meydan oxuyan, yeni vizual formaları araşdırır.
Faiq Əhməd Şanqri La üçün yaradılan məkana uyğun instalyasiyalarını Tekstil Qalereyasında quraşdırıb, bundan əlavə isə Honolulu İncəsənət Muzeyindəki Şanqri La İslam Dünyası Qalereyasında quraşdırıb.