Müharibə, təqib və iqtisadi böhranlardan qaçan insanların sayı heç vaxt bu gün olduğu qədər olmayıb. Çox böyük həddə çatmış qlobal miqrasiya təkcə müharibələr və daxili münaqişələrdən qidalanmır, burada həm də iqlim dəyişikliyi rol oynayır.
Miqrasiya problemini işləyən “Gerikonun gəmi qəzasına qayıdış” sərgisi barədə VarYox hamıdan öncə xəbər vermişdi.
Kapellhausa (28 may küçəsi, 35) mütləq gəlin. Sərgidə Aryan Martins, Sitara İbrahimova, Adad Hanna, Marsel Rozenbax və Ömər Viktor Diopun işləri göstərilir. Sərgi 18 noyabra qədər davam edəcək. Giriş sərbəstdir! #varyox #astv