Kiyevdə kinematoqraflar üçün təlimlər keçiriləcək. Sənədli film rejissorları bu təlimlər üçün müraciət edə bilərlər.

One World Media, Britaniyanın Ukraynadakı konsulluğu və Docudays UA 2019-cu ilin martın 26-dan 29-dək Ukraynanın paytaxtı Kiyevdə Qlobal Qısametrajlı Sənədli Filmlər Forumunu (Global Short Docs Forum) təşkil edəcək.

Bu tədbirin iştirakçıları bu sahənin mütəxəssislərindən pitçinq treninqləri, məsləhətlər, masterklasslar alacaq və film sənayesində nüfuzlu şəxslərlə təkbətək görüşmək imkanı əldə edəcəklər. Şərtlər:

  • Sənədli film layihələri 30 dəqiqədən çox olmamaq və məzmunlarını əks etdirən kadrların olması şərti ilə, istehsal prosesində və ya hazırlanmasının son mərhələlərində olmalıdır.
  • Müraciət edənlər ingilis dilində sərbəst danışmalıdırlar.

Müraciətin qiyməti 33 dollar olsa da Azərbaycandan müraciət edənlər üçün bu əməliyyat pulsuz ola bilər. Təşkilatçılar seçilmiş iştirakçıların səyahət və yerləşmə xərclərini ödəyəcəklər. Müraciət üçün ən son tarix 23 noyabrdır!

Əlavə məlumatı buradan ala bilərsiniz.

Tags: