“Magnum Photos” təlim elan edir

“Magnum Photos” ilə Tiflis Fotoqrafiya və Multimedia Muzeyinin əməkdaşlığı çərçivəsində təşkil olunan ikinci təlimi elan etdiyimizə görə böyük məmnunluq duyuruq! Antuan D’Aqatanın təlimatı ilə baş tutacaq altı günlük proqram 31 Mart – 5 Aprel 2020-ci il tarixində Gürcüstanda, Tiflis Fotoqrafiya və Multimedia Muzeyində təşkil olunacaq.
Bu təlim sizə Tiflisi Antuan D’Aqatanın təlimatı altında araşdırmaq və kollektiv zində nəşr olunması üçün yeni işlər yaratmaq imkanı verəcək.
“Magnum Photos” ilə Tiflis Fotoqrafiya və Multimedia Muzeyi bu təlim üçün təqaüd imkanını maliyyələşdirir və aşağıdakı ölkələrdən olan fotoqrafları təqaüdə müraciət etməyə səsləyir:
  • Ermənistan
  • Azərbaycan
  • Gürcüstan
  • İran
  • Türkiyə
  • Ukrayna

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir