“Monk” fanzin

 “Monk” fanzin

Fanzin (ing. fanzine) jurnaldan daha az informasiya saxlayan, heç bir qazanc məqsədi güdülmədən çap edilən, daha qeyri-peşəkarca olan nəşrdir. Fanzinin dəqiq bir çap periodu yoxdur, əsasən əllə, seçilən kütləyə paylanılır.

 

Fanzine «fanatic magazine» söz birləşməsinin ilk və son hecalarının birləşdirilməsindən yaranmış bir ifadədir. İlk dəfə 1930-cu ildə elmi fantastika mövzusunda nəşr olunmuş fanzin, həmin dövrdə oxucuların diqqətini cəlb edir. Peşəkar nəşr olmaması, kiçik həcmi və məhdud tiraj sayı kimi faktorlar fanzinin əsas xarakteristik xüsusiyyətləridir.

 

XX əsrin ortalarında fanzin nəşr edənlərin sayı artdıqca, mövzu diapazonu da genişlənir. 1960-cı illərdə ABŞ və İngiltərədə kino, musiqi, ədəbiyyat, siyasət və pornoqrafiya mövzusunda fanzinlər nəşr edilirdi.

 

Azərbaycanda fanzin mədəniyyətinin təməli ilk dəfə bir qrup gənc tərəfindən 2009-cu ildə atılıb. “Sola dön” adı ilə nəşr olunmuş fanzində tərcümə yazılar və karikaturalar yer almışdı. Fanzinin 3 sayı olub.

 

“Monk” Azərbaycanda fanzin mədəniyyətinin yenidən dirçəlməsində xüsusi rol oynayır. 2016-cı ilin oktyabrından nəşr olunan fanzin ədəbi-fəlsəfi mövzuda 7 say nəşr edib. “Monk” fanzinin məzmununu ədəbiyyat, incəsənət və fəlsəfi mövzuda yazılar təşkil edir. Fanzinin bu günə qədər nəşr olunan bütün sayları çap olunmaqla yanaşı həm də online olaraq “issuu” platformasında yayımlanır.

 

Xüsusilə dizaynı ilə seçilən fanzinin bədii rəhbəri Babək Otrokdur. Hər say yazarlar dəyişsə də, fanzinin daimi yazarları Firudin Həsənov, Şəfaqət Məmmədli, Elnur Allaqiyev və Aqşin Söhraboğludur.

 

İki il aradan sonra Fevral (2019) sayı ilə qayıdan Monk fanzinin növbəti sayı Aprel ayında nəşr olunacaq.

“Monk” fanzinin indiyədək nəşr olunmuş bütün sayları üçün tıklayın

[no_button style=”transparent” button_hover_animation=”fill_text_rotate_icon” icon_pack=”font_awesome” fa_icon=”fa-book” target=”_blank” text=”Monk fanzin” link=”https://issuu.com/monkfanzin” padding=”center”]

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir