Simon is Cold

Unikorn Simonun ən yaxşı dostu və mütəffiqidir, psixotrop maddə qəbul edərkən beynində yaranan xəyalın təzahürüdür. Birlikdə, İnternetin ən əlçatmaz duetlərindən olan Simona Soyuqdur adlı bir ikiliyə çevrilir  və Unikornla birgə qarşılaşdıqları sərgüzəştləri və qəribə hekayələri  meydana gətirirlər.

 

Onların qarşılıqlı əlaqələri əlçatan olduğu qədər  həm də ezoterikdir, demək olar ki, izləyiciləri unudur, lakin eyni zamanda daha çox şey izləməyə təhrik edirlər. Seriyaların o qədər də parlaq olmayan xarici görünüşü və kəskin, qara yumor ruhuna baxmayaraq, şou onu adiləşməkdən qoruyan qeyri-adi  sürrealist bir xəttə  sadiq qalır.

 

Komiks ilk debütündən bir il sonra İnstaqramda (@simoniscold) kifayət sayda izləyici qazanıb.  İlk dövrlərdə yaradılan seriyaların ekrana uyğunlaşdırılmasından sonra beynəlxalq fanat bazasının yaxın gələcəkdə əhəmiyyətli şəkildə böyüyəcəyini əminliklə söyləmək olar.

 

Komiks qaranlıq, bəzən də dərin dialoqlar vasitəsilə minimalist təqdimatda öz aralarında çaşqınlıq, sevinc və aydınlanma şəklində münaqişə aparan hissləri üzə çıxarır. Zəngin rəng çalarları və parlaq qrafikanın olmamasına baxmayaraq seriyalar ağıl, şarm və ruhunu qüsursuz şəkildə qoruyub saxlayır; bir cizgi filmindən gözlədiyimiz hər şey burda var. Seriyalar özlərinin yaradıcısı  və beyni elmi araşdırmalara bağışlanmalı olan Fərman Dadaşov kimi hər şeyi tamaşaçının təxəyyülünün öhdəsinə buraxır.

 

Müasir incəsənətin ruhuna uyğun olaraq, Fərman pop mədəniyyətini, fəlsəfəsini və insan təbiətinin qəribə tərəflərini öz işinə birləşdirərək həyatın bütün sahələrində ilham tapır. Yaradanın quru yanaşması narahat qəhqəhələrə səbəb olur və Yer kürəsinin əsasını təşkil edən anlayışlara meydan oxuyur.

 

“Bu komediya deyil. Bu faciə deyil. Bu tam bir eksperimental işdir.”

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir