MyFrenchFilmFestival 2022 – Fransız filmlərini onlayn izləyin

MyFrenchFilmFestival 12-ci buraxılışı üçün qayıdır! Bu mövsümdə yanvarın 14-dən fevralın 14-dək seçilmiş 30 bədii və qısametrajlı filmlərdən birinə və ya hamısına baxaraq bu onlayn festivalda iştirak edə və bəyəndiyiniz filmlərə səs verə bilərsiniz.

UniFrance tərəfindən təşkil edilən MyFrenchFilmFestival gənc fransızdilli kinonun ən yaxşısını təqdim etmək üçün 2022-ci ildə geri qayıdır. 14 fevral 30-dək filmləri kəşf etmək şansınız olacaq: komediya, dram, romantika, sənədli film, animasiya, klassik… Ən gənc tamaşaçılar üçün isə Fransa animasiya məktəbinin ən yaxşı tələbələri tərəfindən çəkilmiş qısametrajlı animasiya filmləri proqramı mövcuddur. Bütün filmlər Azərbaycanda pulsuzdur və müxtəlif filmlər üçün fransız, ingilis, rus və türk dilləri də daxil olmaqla 10 dildə altyazılıdır.

2022-ci il üçün 7 mövzu təqdim olunur: Voyaj-voyaj, Cəsarətli Gənclik, Fransız və Qəzəbli, Gecə Nağılları, Arzu Kinosu, Problemli Kimliklər və Uşaq guşəsi. Filmlərə baxmaq üçün myfrenchfilmfestival.com saytında pulsuz hesab yaratmaq olar.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir