2020-ci ilin Yanvar ayına qədər Open Call elan edirik!
Yadınızdadırsa NOOR Agentliyinin fotoqraflarının yaxın zamanda Azərbaycana gələcəyi barəsində xəbər vermişdik. VarYox-un Turizm Bürosu ilə birlikdə keçirəcəyi konkursu uğurla tamamlayan iştirakçılar Agentliyin peşəkar fotoqraflarının vörkşoplarına qatılmaq şansı əldə edəcək.
Sizdən tələbimiz, bizə 15 fotodan ibarət portfolionuz (sənədli fotoqrafiya janrında) və özünüz haqqında məlumatı göndərməyinizdir.
İştirakçıların ədalətli seçimini təmin etmək üçün, iki seçim yolu var.
VarYox ilə Turizm Bürosunun birlikdə keçirəcəyi konkursa qatılan iştirakçılar arasından 15 nəfər seçiləcək.
Vörkşopda iştirak edəcək fotoqrafların portfoliolarına baxılacaq və aralarından digər 15 nəfər isə VarYox komandası tərəfindən seçiləcək.
NOOR agentliyi dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərin, yazarların, fotoqrafların bir araya gəldiyi kollektivdir.
2007-ci ildə yaranmış agentlik, kiçik startaplarla, qeyri-kommersial layihələrlə və dünyaca məşhur böyük mediya şirkətləri ilə əməkdaşlıq edir.
Eyni zamanda fotoqrafiya barəsində vörkşoplar və ictimai proqramlar keçirən agentlik, bu dəfə növbəti vörkşop ilə bağlı VarYox ilə əməkdaşlıq üçün Azərbaycana gəlir.
Əziz fotoqraflar, öz portfolionuzu bu e-mailə göndərin: [email protected]