Ta(r)dino 6 İstanbulda

 Ta(r)dino 6 İstanbulda

Bakının “Ta(r)dino 6” art-platforması Azərbaycanı “Contemporary Istanbul” yaradıcılıq satış-sərgisində təmsil edəcək.

 

Müasir incəsənət üzrə ən möhtəşəm regional satış sərgisi olan “Contemporary Istanbul” ilbəil təşkil edilərək 14-cü dəfə İstanbulda sentyabrın 12-dən 15-nə kimi keçiriləcək. Sərgidə kommersiya qalereyalarından əlavə, bir sıra xüsusi qeyri-kommersiya layihələri də təqdim olunacaq. Dünya üzrə səkkiz art-platforma “Contemporary Istanbul”-un art direktoru Anissa Tuati tərəfindən seçilib sərgidə iştirak etməyə dəvət olunaraq, burada “A Spaces” adı altında birləşəcək və müasir incəsənətin yeni xəritəsini təşkil edəcəklər. Azərbaycanı bu layihədə “Ta(r)dino 6” artplatforması təmsil edəcək. Layihə çərçivəsində ziyarətçilərə təqdim edilən ekspozisiya gənc Azərbaycan rəssamları Aqil Abdullayev, Fərhad Fərzəliyev, Sitarə İbrahimova, Nəzrin Məmmədova, Samir Salahov və Vüsal Rahimin əsərlərindən ibarətdir. “Ta(r)dino 6” həmçinin unudulmuş istedad, əsərləri son vaxtlara qədər tamaşaçı qarşısına çıxarılmayan rəssam İmran Məcidovun da işlərini nümayiş etdirəcək.

“Ta(r)dino 6” – müxtəlif ölkələrin yaradıcı simalarını birləşdirən, gənc, sürətlə inkişaf edən bir platformadır. Layihənin açılışı Bakıda 2019-cu ilin fevralın 1-də baş tutmuşdu. Bu müstəqil təşkilat rəssamlara eksperiment keçirmək üçün meydança təklif edir.

 

Art-komissiyalar, peşə təhsili, yerli və xarici rəssam və kuratorlar tərəfindən keçirilən mühazirələr və ustad dərsləri bu gün “Ta(r)dino 6”nın başlıca fəaliyyət istiqamətlərini təşkil edirlər. Bu cür strategiyanın məqsədi Bakının yaradıcı icmasına və ələlxüsus alternativ cərəyan sənətkarlarına dəstək olmaq, müasir Azərbaycan incəsənətinə beynəlxalq marağı artırmaqdır. “Ta(r)dino 6”nın ilk layihəsi Bakının mərkəzində Samir Salahovun fərdi sərgisinin qeyri-formal “mənzildə yığıncaq” formasında açılışı olmuşdur. İkinci layihə ABŞ Səfirliyinin “Alumni MAX” qrant dəstəyi ilə təşkil olunaraq, Əlis Vu adlı San-Fransiskolu kurator və modelyerin keçirdiyi silsilə seminarlardan ibarət idi.

 

“Ta(r)dino 6” art-platformasının ən böyük beynəlxalq maraq qazanması bu ilin mayına, 58-ci Venesiya biennalesinin peşəkar  nümayişinə  təsadüf  edərək  “Turandot.  Radio-tapmacalar”  layihəsi  ilə  bağlıdır.  “Alternativ  Azərbaycan pavilyonu”  adlandırılmış  bu  birgünlük  tədbir  unikal  məkanda  –  Venesiyanın  ən  böyük  özəl  nəbatat  bağında keçirilmişdi. Bu gün “Turandot. Radio-tapmacalar” Azərbaycanın ən böyük müstəqil müasir incəsənət layihəsidir. Bu beşkanallı radio-instalyasiya rəssam Fərhad Fərzəliyev, şair Leyli Salayeva, kurator Əsli Səmədova və musiqişünas Cahangir  Səlimxanovun  10  ölkənin  50-dən  artıq  nümayəndəsi  ilə  əməkdaşlığı  nəticəsində  ərsəyə  gəlmişdir. “Turandot.   Radio-tapmacalar”   layihəsi   “Contemporary   Istanbul”da   təqdim   olunmaq   üçün   seçilərək,   yeni texnologiyalarla rəqəmsal incəsənəti özündə birləşdirən “Plugin” pavilyonunda nümayiş etdiriləcək.

 

“Ta(r)dino 6” müstəqil, özünü maliyyələşdirən bir təşəbbüsdür. Əsas komandası üç nəfərdən ibarətdir: kuratorlar Əsli Səmədova və Lesli Qrey, bir də art-menecer Olqa Seleznyova. “Ta(r)dino 6” komandasının amalı Azərbaycan rəssamlarına  geniş  yerli  və  beynəlxalq  auditoriyaları  hədəfə  alan  layihələr  yaratmaqda  yardım  göstərməkdir. İstanbul layihəsindən əlavə, “Ta(r)dino 6” Bakı üçün də bir payız proqramı hazırlayır: Müasir İncəsənət Muzeyində və “Ta(r)dino”nun özünə məxsus özəl məkanda Berlinli rəssam Kseniya Finkin fərdi sərgisi açılacaq, bir də Venesiya biennalesində əsəri təqdim olunan Londonlu rəssam və filosof Zeyqəm Əzizovun mühazirəsi keçiriləcək. “Ta(r)dino 6” əməkdaşlıq və qarşılıqlı dəstək sayəsində “az vəsaitlə effektli nəticə” prinsipini əsas tutaraq layihələr hazırlayır, bununla da sənət aləmində çalışmaq barədə formalaşmış beynəlxalq təcrübə və stereotipləri dağıdır. Azərbaycanda və xaricdə həyata keçirdiyi  layihələri davam etdirmək məqsədilə “Ta(r)dino 6” aktiv şəkildə qrantlar və sponsor köməkliyi axtarışındadır, yerli və beynəlxalq qurumlarla tərəfdaşlığa açıqdır.

Бакинская арт-платформа Ta(r)dino 6 представит Азербайджан на арт-ярмарке Contemporary Istanbul

 

С  12  по  15  сентября  в  Стамбуле,  в  14-й  раз  пройдет  ежегодная  ведущая  региональная  ярмарка  современного искусства    Contemporary    Istanbul.    Помимо    коммерческих    галерей    на    ярмарке    будет    представлен    ряд некоммерческих спецпроектов. Восемь арт-платформ со всего мира, отобранных и приглашенных к участию арт- дирекором  ярмарки  Аниссой  Туати,  составят  новую  карту  современного  искусства  и  будут  объединены  под названием «A Spaces». Азербайджан в этом году будет представлен арт-платформой Ta(r)dino 6. В рамках проекта посетители смогут ознакомиться с экспозицией, состоящей из работ молодых азербайджанских художников Агиля Абдуллаева, Фархада Фарзалиева, Ситары Ибрагимовой, Назрин Мамедовой, Самира Салахова и Вусала Рагима. Ta(r)dino 6 также продемострирует работы Имрана Меджидова – художника, чей талант был незаслуженно забыт, и чьи работы до недавнего времени были скрыты от зрителей.

 

Ta(r)dino 6 – это молодая быстроразвивающаяся платформа, объединившая творческих людей из разных стран. Запуск  проекта  состоялся  1  февраля  2019  года  в  Баку.  Независимая  организация  предлагает  художникам площадки для экспериментов и дает возможности для самовыражения.

 

Основное  направление  деятельности  Ta(r)dino  6  на  сегодняшний  день  —  арт-комиссии,  профессиональное обучение,  лекции  и  мастер-классы  от  местных  и  международных  художников  и  кураторов.  Такая  стратегия разработана   с   целью   поддержать   бакинское   арт-сообщество,   в   особенности,   альтернативное,   повысить международный  интерес  к  азербайджанскому  современному  искусству.  Первым  проектом  Ta(r)dino  6  стало открытие персональной выставки Самира Салахова, прошедшая в формате квартирника в центре Баку.

 

Вторым  проектом  стал  организованный  при  поддержке  американского  посольского  гранта  Alumni  MAX  цикл семинаров с Элис Ву — куратором и модельером из Сан-Франциско.

 

Наибольший международный интерес арт-платформа Ta(r)dino 6 привлекла проектом «Турандот. Радиозагадки» на   профессиональном   показе   58-й   Венецианской   биеннале   современного   искусства   в   мае   этого   года. Однодневное событие, названное «альтернативным павильоном Азербайджана», прошло в уникальном месте — самом большом частном ботаническом саду Венеции. «Турандот. Радиозагадки» на сегодняшний день является крупнейшим    независимым    проектом    современного    искусства    из    Азербайджана.    Эта    пятиканальная радиоинсталяция – результат сотрудничества художника Фархада Фарзалиева, поэта Лейли Салаевой, куратора Асли  Самадовой,  музыковеда  Джахангира  Селимханова  с  более  чем  50  участниками  из  10  стран.  Проект «Турандот. Радиозагадки» отобран для участия в Contemporary Istanbul. Работа будет представлена в павильоне PlugIn, который объединит в себе новые технологии и цифровое искусство.

 

Ta(r)dino   6   –   независимая   самофинансируемая   организация.   Основная   команда   состоит   из   трех   человек: кураторов  Асли  Самедовой  и  Лесли  Грей  и  арт-менеджера  Ольги  Селезнёвой.  Задача  команды  Ta(r)dino  6  – помогать   азербайджанским   художникам   создавать   проекты,   которые   могут   быть   представлены   широкой аудитории  в  Азербайджане  и  за  его  пределами.  Помимо  стамбульского  проекта  Ta(r)dino  6  готовит  осеннюю программу в Баку: персональную выставку берлинской художницы Ксении Финк в Музее Современного Искусства и в собственном пространстве Ta(r)dino, лекцию участника Веницианского биеннале лондонского художника и философа  Зейгама  Азизова.  Ta(r)dino  6  готовит  проекты  по  принципу  «высокая  эффективность  при  небольших затратах»  и  строит  деятельность  на  сотрудничестве  и  взаимной  поддержке,  разрушая  многие  сложившиеся международные практики и стереотипы о работе в сфере искусства. Для продолжения реализации проектов в Азербайджане  и  других  странах  Ta(r)dino  6  активно  ищет  поддержку  в  виде  грантов  и  спонсорства,  открыто  к партнерству с местными и международными институциями.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir