Qız Qalası. Qadın Olmaq

Azərbaycanda Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə Qız Qalası. Qadın olmaqMüasir İncəsənət Festivalı kirilir

 

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi Avropa Ittifaqı üzv dövlətlərinin səfirlikləri və yerli tərəfdaşları ilə birlikdə 17-27 sentyabr 2019-cu il tarixlərində Bakı şəhəri və regionlarda “Qız Qalası. Qadın olmaq” (“MAIDEN TOWER. To Be a Woman”) müasir incəsənət festivalı təşkil edir.

 

20-ci əsrin əvvəllərində mühüm tarixi və siyasi hadisələrin fonunda Azərbaycanda qadın azadlıq hərəkatının ilk addımları atılmağa başlanmış və 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması ilə qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkə olmuşdur.

 

Festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir və Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Layihə proqrama müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, ictimai incəsənət, video art, poeziya gecesi, tematik film nümayişləri, master-klasslar daxildir.

 

Festivalın iştirakçıları Almaniya, Hollandiya, İsveç, Macarıstan və Latviya kimi AB üzv ölkələri, eyni zamanda Gürcüstan Moldova, Ukrayna kimi Şərq tərəfdaşlığı üzv ölkələri və Argentina, Meksika, Kolumbiya, Braziliya və İsveçrə kimi qeyri-üzv ölkələrdən sənət xadimləri, mədəniyyət aktivistləri, muzey direktorları, kurator və rəssamlardır.

 

Festivalın beynəlxalq və yerli iştirakçıları, dövlət strukturları və institutlar gender bərabərliyi mövzusunda öz şəxsi və professional təcrübələrinə əsaslanaraq müzakirələr  və fikir mübadiləsi aparacaqlar.

 

“Qız Qalası. Qadın olmaq” -ın təşkilatçı və iştirakçılarının ortaq məqsədi müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir və düşüncələrini əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.

 

Bu festival layihəsi Azərbaycan Respublikasının əməkdar rəssamı Sabina Şıxlinskayanın ilkin təşəbbüs və kuratorluğu altında keçirilir. “Qız Qalası. Qadın Olmaq” beynəlxalq müasir incəsənət festivalı Bakıda yerləşən diplomatik nümayəndəliklərdən başqa, Azərbaycanın sənət və mədəniyyət aləminin ən əsas institut və dövlət strukturları, eləcə də digər təşkilatların birgə tərəfdaşlığı altında baş tutur. Bütün mədəni tədbirlər yerli əhali və xarici qonaqlar üçün açıq olacaqdır.

 

Bu festival “İMAGINE-Avro Tolerantlıq” Festivalı və “FANTAZİYA” Mədəni irs Festivalından sonra Avropa Ittifaqı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Avropa Ittifaqının sponsorluğu ilə növbəti “FANTAZİYA” festivalı 1-15 noyabr tarixlərində keçiriləcək.

 

Tbilisi İncəsənət Sərgisi – “Qadın Olmaq

Tbilisi Art Fair (Azerbaijan Pavilion)

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir