Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması

Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması proqramının 2-ci fazası BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və British Council tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə icra olunur.

 

İştirak etmək üçün:

 

Layihədə iştirak etmək istəyən şəxslər seçim meyarları və tələb olunan şərtlərlə tanış olmaq üçün Proqram barədə Elanı oxuya bilərlər. Müraciət üçün doldurulmuş Ərizə Forması 1 Avqust 2019-cu il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

Proqramın məqsədi:

 

Proqramın əsas məqsədi Bakıda yaşayan, əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter, sosial bacarıqlar və spesifik işlər üçün bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediləcəklər. Layihə çərçivəsində iştirakçılara həm də psixoloji dəstəyin göstərilməsi və müvafiq məsləhətlərin verilməsi nəzərdə tutulmuşdur. Proqramın həyata keçirildiyi müddətdə proqram iştirakçılarına zəruri istiqamətləndirmə və məsləhət xidmətlərinin təmin edilməsi məqsədilə iştirakçıların bilik və bacarıqları hərtərəfli qiymətləndiriləcək.

 

Proqram çərçivəsində 100 nəfər əlilliyi olan şəxsin məşğulluq bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş çoxsaylı tədbirlər həyata keçiriləcək, habelə onların potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcəkdir. Layihə çərçivəsində müvafiq istiqamətdə fəaliyyət göstərən qərarverici tərəflər, biznes müəssisələri tərəfdaş qismində layihəyə cəlb ediləcəkdir. Bizneslərin və işəgötürənlərin məlumatlılığının artırılması və Birləşmiş Krallığın aidiyyatı sahə üzrə təcrübəsindən faydalanmaq üçün British Council tərəfindən Birləşmiş Krallıqdan olan təcrübəli ekspert Azərbaycana dəvət ediləcəkdir.

Müraciət üçün 7 gün qaldı. BP əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması layihəsi üçün ərizə qəbulunu açıq elan edir. İştirakçılar ingilis dili, kompyuter, və digər bacarıqlar üzrə təlimlərdən yararlanacaqlar. Layihədə iştirak etmək və ya tanıdığınız müvafiq şəxslərin iştirakı üçün aşağıdakı keçiddən istifadə edin:

 

https://www.britishcouncil.az/programmes/education-society/pwd

 

Bu proqram BP və onun tərəfdaşlarının sosial sərmayələr layihələri çərçivəsindədir.

 

#EqualityDiversityInclusion

 

https://www.britishcouncil.az/equality-diversity-inclusion

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir