«STIGMA» – İncəsənət vasitəsilə stereotiplərlə mübarizə

«STIGMA» layihəsinin mǝqsǝdi psixi sağlamlıq vǝ psixoloji pozuntular barǝdǝ insanları məlumatlandırmaq və onları önyarğıdan uzaqlaşdırmaqdır. KAUSEFFEKT olaraq biz, bütün insanların, onların ruhi sağlamlığından asılı olmayaraq, cǝmiyyǝtdǝn təcrid olunmamasını və olduğu kimi qǝbul edilmǝsini ǝsas tuturuq. Psixoloji problemlərdən utanmaq yerinǝ, onları sahiblǝnib açıq müzakirǝ aparmaqla, öhdəsindən daha effektiv şəkildə gəlmək lazımdır.

 

KAUSEFFEKT tǝrǝfindǝn tǝşkil olunan vǝ müxtǝlif incǝsǝnǝt nümayǝndǝlǝri ilǝ ǝmǝkdaşlıq nǝticǝsindǝ yaranan «STIGMA» sǝrgisinin ortaq missiyası: «İncǝsǝnǝt vasitǝsi ilǝ stereotiplǝrlǝ mübarizǝ»dir.

 

Sǝrgi zamanı ziyarǝtçi müxtǝlif xaotik sǝnǝt nümunǝlǝri ilǝ tanış olacaq vǝ incǝsǝnǝt performansının iştirakçısı ola bilǝcǝkdir.

 

Stiqmadan azad olmaq, fǝrqliliyi qucaqlayaraq dünyamızı gözǝllǝşdirmǝk, güclü, cǝsur vǝ dǝyişikliklərə açıq olmaq zamanı gəlmişdir.

 

Tǝdbirdǝ iştirak edirlǝr:

 

İşıqlandırma / Vizualizasiya: Vladimir Mitichenko

 

Musiqi: ELJAN, IRSHAD HUSSEIN

 

Performans: ADO Teatr kollektivi

 

Tǝdbirǝ qatılmaq üçün qeydiyyatdan keçib, özǝl QR kod ǝldǝ etmǝlisiniz. Sizǝ özǝl kodu www.kauseffekt.com saytında qeydiyyat formunu doldurmaqla ǝldǝ edǝ bilǝrsiniz.

 

Tǝşkilatı dǝstǝk:

 

iN Club Baku

PHOBIA VR

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir