Azərbaycanın bütün tələbələri və son 2 ilin məzunları üçün
Azərbaycan Turizm Bürosu, 2020-ci ilin Aprel ayında Bakıda keçiriləcək “Travel Business Azerbaijan 2020” beynəlxalq tədbir çərçivəsində tələbələr arasında suvenir dizaynı müsabiqəsi elan edir. Tələbələr tərəfindən dizayn olunacaq suvenirlər tədbir iştirakçılarına hədiyyə ediləcəkdir. Müsabiqənin məqsədi tələbələr üçün yaradıcı mühitin yaradılması və nəticədə yeni turizm məhsulunun hazırlanmasıdır.
Mükafatlar
- Sertifikat, qrafik planşet və Turizm Bürosunda layihənin dizayn komandasında 3 və ya 6 aylıq təcrübə
- Turizm Bürosundan sertifikat və qrafik planşet
- Turizm Bürosundan sertifikat və qrafik planşet
Qeydiyyat
QEYDİYYAT VƏ İLKİN TƏQDİMAT ÜÇÜN SON TARİX: 12 Yanvar 2020 (Qeydiyyat üçün link https://bit.ly/38eKjgG)
TƏLƏBƏLƏRLƏ GÖRÜŞ VƏ İŞLƏRƏ İLKİN BAXIŞ: 15 Yanvar 2020
TƏQDİMAT ÜÇÜN SON TARİX: 15 Fevral 2020
QALİBLƏRİN ELAN OLUNMASI: 1 Mart 2020
Tələblər
- Azərbaycan mədəni elementlərinə əsaslanmış
- A4 ölçüsündən böyük olmayan
- Ekoloji təmizliyi düşünülmüş
- Maye halında olmayan
- 2 kq-dan artıq olmayan (səyahətə uyğun)
- Qablaşdırılması ilə birgə
- Suvenirin hekayəsi (ilham mənbəyi)
Çatdırılma forması
12 Yanvar 2020 tarixinədək [email protected] ünvanına:
- İdeyanın izahı (Azərbaycan dili/Rus dili/İngilis dili)
- Vizual məlumat (eskiz/render/kollaj/maket)
- *.pdf/*.jpg (20 mb-dan artıq olmayan)
- A4/A3 formatında – Ad və soyad, universitet
Seçim prioritetləri
- Azərbaycan mədəniyyətinin mahiyyətini dolğun əks etdirən
- İnnovativ, işlənməmiş formalar üzərində düşünülmüş
- Güclü ideya, məhsulun hekayəsi
- Vaxtında təhvil verilmiş layihələr