Tələbələr üçün dizayn müsabiqəsi

 Tələbələr üçün dizayn müsabiqəsi

Azərbaycanın bütün tələbələri və son 2 ilin məzunları üçün

 

Azərbaycan Turizm Bürosu, 2020-ci ilin Aprel ayında Bakıda keçiriləcək “Travel Business Azerbaijan 2020” beynəlxalq tədbir çərçivəsində tələbələr arasında suvenir dizaynı müsabiqəsi elan edir. Tələbələr tərəfindən dizayn olunacaq suvenirlər tədbir iştirakçılarına hədiyyə ediləcəkdir. Müsabiqənin məqsədi tələbələr üçün yaradıcı mühitin yaradılması və nəticədə yeni turizm məhsulunun hazırlanmasıdır.

Mükafatlar

  1. Sertifikat, qrafik planşet və Turizm Bürosunda layihənin dizayn komandasında 3 və ya 6 aylıq təcrübə
  2. Turizm Bürosundan sertifikat və qrafik planşet
  3. Turizm Bürosundan sertifikat və qrafik planşet

Qeydiyyat

QEYDİYYAT VƏ İLKİN TƏQDİMAT ÜÇÜN SON TARİX: 12 Yanvar 2020 (Qeydiyyat üçün link https://bit.ly/38eKjgG)

TƏLƏBƏLƏRLƏ GÖRÜŞ VƏ İŞLƏRƏ İLKİN BAXIŞ: 15 Yanvar 2020

TƏQDİMAT ÜÇÜN SON TARİX: 15 Fevral 2020

QALİBLƏRİN ELAN OLUNMASI: 1 Mart 2020

Tələblər

  • Azərbaycan mədəni elementlərinə əsaslanmış
  • A4 ölçüsündən böyük olmayan
  • Ekoloji təmizliyi düşünülmüş
  • Maye halında olmayan
  • 2 kq-dan artıq olmayan (səyahətə uyğun)
  • Qablaşdırılması ilə birgə
  • Suvenirin hekayəsi (ilham mənbəyi)

Çatdırılma forması

12 Yanvar 2020 tarixinədək [email protected] ünvanına:

  • İdeyanın izahı (Azərbaycan dili/Rus dili/İngilis dili)
  • Vizual məlumat (eskiz/render/kollaj/maket)
  • *.pdf/*.jpg (20 mb-dan artıq olmayan)
  • A4/A3 formatında – Ad və soyad, universitet

Seçim prioritetləri

  • Azərbaycan mədəniyyətinin mahiyyətini dolğun əks etdirən
  • İnnovativ, işlənməmiş formalar üzərində düşünülmüş
  • Güclü ideya, məhsulun hekayəsi
  • Vaxtında təhvil verilmiş layihələr

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir