Bir dəfə Ta(r)dino 6 ünvanında yerləşən mənzildə kağızların arasında üzərində “Uğur qazanmaq üçün, ilk növbədə, onu qazana biləcəyimizə inanmalıyıq” sözləri yazılan istək peçenyesi tapdım. Nəticədə, Ta(r)dino 6 adını almış layihə işıq üzü gördü. Bunun ötən axşamı yaxşı xəbərlərlə Venesiyadan qayıtmışdım: Turandot. Radio tapmacalarını ənənəvi olaraq Azərbaycanın Milli Pavilyonunun yerləşdiyi Akkademiya Körpüsündən və Kampo San Stefanodan bir neçə addımlıqdakı “dostumgilin şəxsi bağına” gətiririk. Hələ 2017-ci ildə Venesiya Biennalesi zamanı mən bir həftə ərzində qonaq qismində bu bağda qalmışdım. O, məni öz xaotikliyi, qoxuları və yaşılın bütün çalarları ilə valeh etmişdi. 16-cı əsrə aid imarətin və bağın indiki sahibi Lizelotta Xoxsun çoxlu maraqlı hekayələri var idi: o, Venesiyaya köçmək qərarını alanda buranı rəssam Ernst van Leydendən almışdı. Bu bağ bir çox məşhuru ilhamlandırıb: Amadeo Modilyani və Fabio Marouner burada bir-birinin portretini çəkib, Lusio Fontana və İv Klyayn tez-tez buranın qonağı olublar. Hekayələr ağ çaxırla qatışdırılmış Kampari qədər çox idi.
Artıq o dönəmdə mən rəssam Fərhad Fərzəliyevin və şair Leyli Salayevanın fikrinə Cakomo Puçinninin eyniadlı operasının protaqonistinə həsr olunmuş layihə yaratmaq və az adama bəlli olan bir faktı – onun süjetinin Nizaminin “Yeddi gözəl” əsəri (1197) ilə bağlı olduğunu incəsənət vasitəsi ilə ortaya qoymaq barəsində düşüncələr salmışdım. Mənim Nizami ilə bağlı mübtəlalığım 2012-ci ildə başlamış və artıq 2017-ci ildə mən bu isqitamətdə akademik araşdırmalara başladım və Milli Irsimiz Youtube kanalı üçün video-animasiya hazırladım. Bu layihə üçün xüsusi yer düşünmüşdük – Braytondakı Kral pavilyonunun Musiqi otağı. Mən orada direktorla qeyri-adi konsepsiyanı müzakirə edirəm, onu inandırmaq istəyirəm ki, layihə burada baş tutmalıdır…lakin faydasız!…
Zaman keçir: biz triodan, indi adlandırdığım “fantastik dördlüyə” qədər böyüdük: Fərhadda yaradıcılıq qığılcımı yaradan layihəyə Cahangir Səlimxanov qoşuldu və onlar birlikdə səs materialını bitirərək, onu yeni kompozisiyalar və komissiyalarla oldquca zənginləşdirdilər. Leyli isə, öz növbəsində, ingilis dilində şeirlərinin toplusunu hazırladı və biz onları müxtəlif dillərə tərcümə etdik.
2017-ci ilin dekabr ayında Şirvanşahlar sarayında bizim “Baş gicəllənməsi” adlı səsli instalyasiyamız yer aldı. Bu bir oyun meydanı idi: biz orada layihəni gözdən keçirir, düşünər və müzakirə edərdik. Belə qərara gəldik ki, layihə davam etməlidir, lakin bunu etməyə heç birmizin nə gücü, nə də vaxtı qalmamışdı. Turandot sakitcə öz vaxtını gözləyirdi. Arada-sırada ağlıma bu layihənin beynəlxalq məşhurluğa layiq olduğu haqda melanxolik fikirlər gəlirdi.
Ralf Ruqoffun açıq çağırışına cavab olaraq mən “Baş gicəllənməni” “Maraqlı zamanda yaşamaq” adlı əsas pavilyona qatdım. La Biennale di Venezia-dan sənət əsərinin kurator konsepsiyasına uymadığını yazan imtina məktubunu aldıqda, mən onu, nə olursa olsun, Venesiyaya gətirmək qərarına gəldim. Bu barədə komandanın digər üzvlərinin razılığını almışdım, lakin eyni anda onlarla işin dalınca qaçınca, yalnız aprel ayında anladım ki, zaman tükənir və bu imkan qapısı bağlanmaq üzrədir. Bir sıra ssenari və lokasiyam var idi, lakin onlardan heç biri təsdiq almamışdı və çox baha idilər.
Mən bu layihəni Ta(r)dino 6-nın nəzdində aparmaq və onun əsas olan “minimal xərclərlə yüksək nəticə” prinsipinə riayət etmək qərarına gəldim. Biz layihənin rebrendinqini edərək, onun vizual obrazını, adını dəyişdik və özü ilə danışmağa məcbur etdik – “Turandot. Radio tapmacaları”. Faylları Moskvada işləyərək səsi yaxşılaşdırdıq. Lakin ən mükəmməli ağır avadanlıqdan qurtulmaq və bütün sərgini bir çantaya sığdırmaq idi: Turandot bizim qarşımıza instalyasiya müddətini qısaltmaq və nəqliyyat xərclərini azaltmaqla bağlı tapşırıq qoymuşdu. Venesiyaya gedəcək komandamız Fərhaddan, öncə prosesso və Qran kanalda Aperol içəcəyimiz haqda vədlərlə cəlb etdiyim, sonra isə Venesiyanı fəth etmək planım haqda məlumatlandırdığım art-menecer Olqa Seleznyovadan və tədbirin video və foto sənədləşdirməsini aparmağı xahiş etdiyimiz, Transitory White platformasından tanıdığım dostlarımdan – İrina Konyuşovadan və Pavel Metelitsından ibarət idi.
2019-cu ilin may ayının 9-nun Azərbaycan Milli Pavilyonunun açılış günü olduğunu biləndə Pavilyona yaxın olduğumuzu istifadə edərək, tariximizi elan etdik. Aprelin 29 Marko Polo hava limanından Lizelottanın mülkünün qarşısına gələrək Azərbaycanın ilk müstəqil layihəsini dəstəkləməsi barədə xahiş etdim. Qalanı – tarixdir.
Ziyarətçilərimiz bağı tərk etmək istəmədəklirəni anlayır, ortalama olaraq, 30 dəqiqə burada Turandot.Radio Tapmacaları-na qulaq asaraq vaxtlarını keçirirdilər – bir anda Venesiyada nə qədər hadisələrin və kəşflərin baş verdiyini nəzərə alsaq, təkrarolunmaz bir uğurdur.
Şəxsən mənim üçün 2019-un mayin 9-u Venesiya bağı Turandot.Radio tapmacaları üçün bir sığınacaq oldu və 7 il ötükdən sonra Turandot azadlığa qovuşmuş oldu. Bu hələ yolun başlanğıcıdır və ümid edirik ki, başqa imkanlardan istifadə edərək layihəmizi digər yerlərə gətirə biləcəyik. Əgər kimsə bizi bu missiyamızd dəstəkləmək istəyirsə, məmnuniyyətlə söhbət edərik.
Müəllif: Əsli Səmədova
Fotolar: Irina Kontuxova, Pavel Metelitsyn