Wolfgang Tilmans çox tanınmış və ticari uğur qazanmış müasir fotoqraflardandır. 2000-ci ildə Tilmans Britaniyanın incəsənət sahəsində ən nüfuzlu mükafatı olan – Törner mükafatına layiq görülən ilk xarici əsilli sənətkar oldu. Onun əsərləri dünyanın ən aparıcı muzeylərində saxlanılır və kolleksionistlər onun əsərlərini Art-Bazel yarmarkasında əldə etmək üçün bir neçə yüz min dollar ödəməyə məcburdurlar. Lakin, bütün uğurlarına və rütbəsinə baxmayaraq, Tilmans bir fəal olaraq ideallarına sadiq qalır və pandemiyanın qızğın vaxtında 2020Solidarity layihəsinə başlayır.
2020Solidarity layihəsi mövcud COVID-19 böhranı riski altında olan mədəniyyət məkanlarına, icma layihələrinə, müstəqil məkanlara və nəşrlərə dəstək olmağa yönəlib. Tilmansın komandası öz hesabına Berlində nəşr edir və dövrün mühüm və tanınmış rəssamları tərəfindən A2 ölçüdə (59.4 x 42 sm) hazırlanan posterləri bu təşkilatlara göndərir. Onlar da, öz növbəsində, bunu öz xeyriyyə kompaniyalarında rəğbətləndirmə kimi istifadə edə bilərlər. Təşkilat posterlərin limitsiz sayda tirajını əldə edə bilər və bu, yalnız zamanla məhdudlaşır. Bütün yığılan vəsait təşkilatın hesabında qalır və fəaliyyəti ilə əlaqəli ehtiyaclara xərclənə bilər.
Yaranmasından bir il yarım keçməsinə baxmayaraq, həm Azərbaycanda, həm də xaricdə bir sıra uğurlu layihələr ilə özünü tanıdan Bakı incəsənət platforması Ta(r)dino 6 Wolfgang Tilmans kimi dünya miqyasının da diqqətindən yayınmadı. Ta(r)dino 6 ilə birgə, Wolfgang Tilmans da daxil olmaqla, on iki rəssamın və fotoqrafın posterləri seçildi. Posterləri tardino6.art platformasının saytında sifariş vermək olar. Tardino6.art platformasının saytında işlərlə tanış olmaq və sifariş vermək olar. Ta(r)dino 6`ya dəstək üçün vəsaitin yığılması 2 Avqust, 2020-ci il tarixinə qədər həyata keçirilir. Avqustun sonuna qədər Berlində Tilmansın komandası tərəfindən nəşr olunduqdan sonra posterlər sentyabrdan sahiblərinə paylanılacaq.
Ölkədəki alıcılıq qabiliyyətini nəzərə alaraq, həmrəylik jesti olaraq Ta(r)dino 6 üçün bir istisna edilib: Avropa və ABŞ-da eyni posterlər əlavə çatdırılma ilə 50 € / £ 50 / $ 50 qiymətinə satılır, Azərbaycanda isə eyni posterləri 50 AZN`ə əldə etmək olar. Ta(r)dino 6 komandasının qərarına əsasən bu aksiya MDB ölkələrinə də şamil olunur: Belarusiya, Gürcüstan, Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinin sakinləri də bu xüsusi təklifdən yararlana bilərlər.
Ta(r)dino 6 yığılan vəsait ilə Mikro-komissiyalar layihəsi (detallara burdan baxa bilərsiniz- – https://tardino6.art/Micro-Commissions) vasitəsilə Azərbaycan rəssamlarına göstərdiyi dəstəyi davam etdirməyi və Bakıda tədbir proqramı başlatmaq üçün lazımi vəsaiti toplamağı planlaşdırır.
2019-cu ildə öz fəaliyyətinə başlayan Bakı incəsənət platforması Ta(r)dino 6 fəal şəkildə azərbaycanlı rəssamların tanınması və dəstəklənməsi məsələsi ilə məşğul olur. Yarandığı dövrdən bir il yarım ərzində o, özünü həm Azərbaycanda, həm də xaricdə bir sıra uğurlu layihələr ilə tanıtdı. Ta(r)dino 6 komandası kurator Əsli Səmədova (təsisçi), Lesley Gray və Azad Asifoviç, art-menecer Olqa Seleznyova və sənətşünas Sevil Zeynalovadan ibarətdir.
Onu da qeyd etmək lazımdır ki, Ta(r)dino 6 layihəsi daha çox xarici həmkarları və İsveçdə yerləşən incəsənət mərkəzlərinin Avropa assosiasiyası Trans Europe Halles (TEH) tərəfindən dəstəklənir.
Ta(r)dino 6 fəaliyyət sahəsinin və coğrafiyasının genişlənməsi ilə maraqlara olan ehtirasdan Azərbaycanı sərhədlərindən kənarda layiqincə təmsil edən və azərbaycanlı rəssamlara, hətta, pandemiya dövründə də özlərini ifadə etmək imkanları yaradan bir platformaya çevrildi. İyunda platforma pavilyonda nümayiş olunan ilk rəqəmsal incəsənət yarmarkası olan CADAF`da iştirak etmək üçün təşkil olunan konkursda qalib oldu. Rəssam Şəlalə Salamzadənin The Choice by Hypnotica və Unknown Territory adlı ART x CADAF Online VR instalyasiyası (qurğusu). İyulun ortalarında Ta(r)dino 6 Qazaxıstandan olan kolleqaları ilə birgə Nyu-York qalereyası Sapar Contemporary`nin platformasında qadın rəssamlardan ibarət online sərgidə işirak edəcək.
Əgər platformanın daimi maliyyəsi olsaydı Ta(r)dino 6`nın müvəffəqiyyəti və Azərbaycan rəssamlarına dəstəyi bir neçə dəfə artardı. Hələlik, Ta(r)dino 6 qrantlara müraciət edib və fəaliyyətinin davam etdirilməsi üçün sponsor axtararkən, ölkənin mədəniyyətinə və sərhədlərdən kənarda layiqincə təmsil olunmasına biganə qalmayan hər kəs öz ianəsini 2020Solidarity kompaniyasının bəyəndiyi posterı ilə dəyişərək layihəyə dəstək verə bilər.