Tomas Dvorzakın treyninqlərinə qəbul elan olundu!
Tbilisidə 4 gün boyunca “Magnum” agentliyi fotoqrafı Tomas Dvorzakdan treyninq ala, həmçinin Asiya və Avropa arasında körpü olan bu qədim şəhəri kəşf edə bilərsiniz!
Tbilisi Fotoqrafiya və Multimedia muzeyinin təşkilatçılığı ilə keçiriləcək treyninqdə özünü könüllü “Qafqaz əsiri” elan etmiş, “Magnum” agentliyi fotoqrafı və 1992-2012-ci illərdə Gürcüstanda yaşamış Tomas Dvorzak tərəfindən təlimlər keçiriləcək. Tomas Dvorzakla Tbilisinin fotolarını çəkmək kimi nadir bir imkanı qazanmaqla yanaşı təcrübənizi artıra bilərsiniz.
Pasxa günü Gürcüstanda qeyd olunan çox önəmli bir dini bayramdır. Ənənəvi olaraq insanlar toplaşır, kilsələri və məzarlıqları ziyarətə gedir – bayramı həm ailələri ilə, həm də itirdikləri qohumları ilə qeyd edirlər. Gürcüstandakı bu önəmli mədəni hadisəni bu daim canlı şəhərdə işləyərək də müşahidə edə bilərsiniz.
Treyninqlər çəkiliş, leksiya, tənqid və fotomontaj sessiyalarından ibarət olmaqla yanaşı şəhəri kəşf etmək üçün qrup şəklində gəzintilər də olacaq. Bütün tədbir iştirakçıları evə öz hazırlanmış və işlənmiş işləri ilə qayıdacaqlar. Tbilisi Foto Festivalının Art-direktoru Nestan Nicaradze tərəfindən seçiləcək iki portfolio 15 sentyabrda “Foto gecəsi”ndə nümayiş olunacaq.
Təqaüd imkanı
“Magnum Photos” və Tbilisi Fotoqrafiya və Multimedia Muzeyi bu treyninq üçün bir təqaüdə sponsorluq edəcək və Azərbaycandan olan fotoqrafları təqaüdə müraciət etməyə dəvət edir! Namizəd “Magnum Photos” və Tbilisi Fotoqrafiya və Multimedia Muzeyi nümayəndələri tərəfindən seçiləcək.
Minimum 20 fotodan ibarət portfoliolar [email protected] ünvanına WeTransfer vasitəsilə motivasiya məktubu yazılaraq göndərilməlidir. Son müraciət tarixi 3 Mart!
Həlak olmuş rus əsgərinə abidə. Andi, Çeçenistan sərhədi. Dağıstan, Rusiya. İyul 2000.