Aqil Abdullayev və Fərhad Fərzəli
«Uşaqlığı yenidən yazarkən»
İlkin baxış: 16 iyun, 18:00-20:00
Sərgi: 17 iyun – 31 avqust 2022-ci il
Gazelli Art House: rəssamlar Aqil Abdullayev və Fərhad Fərzəlinin “Uşaqlığı yenidən yazarkən” adlı ilk qrup sərgisini təqdim edir. Aqil Abdullayev (1992-ci ildə Azərbaycanda anadan olub) əsasən hərəkətli təsvirlər, performans və şəkillərlə işləyən rəssamdır. Rəssamlıq fəaliyyətində Aqil Şərq və Qərb arasında qlobal kontrastı tədqiq etməklə, ictimai və şəxsi həyat, genderlik, sosial şəbəkələrin insan həyatına təsiri və futurizm kimi mövzuları əsərlərində əks etdirmişdir. Abdullayev 2022-ci ildə Nottingham Trent Universitetinin təsviri incəsənət fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Superklişe, superqəribəlik, super qeyri-adilik” adlı silsilə əsərlərində Abdullayev uşağlığındakı yataq otağının nağılvari təzahürünü yaratmaq üçün qalereyanın sərgi hissəsini istifadə edir. Təkbuynuz və su pəriləri kimi mifoloji obrazlardan istifadə edərək rəssam özünün balaca oğlan olduğu dövrdəki uşaqlıq arzularını əsərlərində canlandırmağa çalışıb. 5 nəfər ailə üzvünün yaşadığı çox kiçik bir evdə böyümə təcrübəsindən istifadə edərək, arzularında yaşatdığı idillik uşaq yataq otağının canlandırmasının təqdim edir – ailə mətbəxində yerləşdirilmiş təknəfərlik çarpayı, və heç vaxt maraqlı suvenirlərinə və xatirə əşyalarına yer tapılmayan bir uşaq otağı.
Fərhad Fərzəli 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə Fərzəli Azərbaycan dövlət Rəssamlıq Akademiyasının magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Rəssam əsasən quraşdırma yönümlü incəsəntlə məşğuldur, və rəsmi, qrafikanı, foto və səsi birləşdirən əsərlər ortaya qoyur.
Fərhad Fərzəli özü qeyd etdiyi kimi “2001-ci il Bakı zəlzələsindən sonra ailəsiylə birlikdə Nizami və Bül-Bül küçələrinin kəsişməsindəki bir evə köçür”. Elə o zamandan başlayaraq küçədən keçən təsadüfi insanların fotosunu çəkməyə başlamışdır. Rəssamın dediyi kimi “90-cı illərin sonu 2000-ci illərin əvvəli dövründə həyatın bozluğunu sözlə ifadə etmək belə çətindir. İnsanlar, küçələr, səma, ağaclar – hər şey qara-boz çalarlara boyanmış idi. Mən bu bozluqdan qurtula bildim və sağ qaldım, indi 32 yaşım var, və 3 yaşımdan etibarən məşğul olduğum işlə məşğul olmağa davam edirəm. Bir evdən o biri evə köçmələrimizə baxmayaraq bütün arxivlərimi qoruyub saxlamışam”.
Bu mövzulardan və təcrübədən ilham alan sərgidə Fərzəlinin yaradıcılığı Bakını gəzən balaca uşağın prizmasından təqdim olunacaq. Bu dünyanı təsvir etmək üçün plastik torbalar, ofis mebelləri, rəssamın uşaqlıq illərinə aid köhnə təmtəraqlı oyuncaqlar, bitkilər və pərdələr kimi materiallardan istifadə olunacaq. Sərginin onun incəsənətinə aid hissəsi demək olar ki, rəssamın keçmişə teatral baxışı kimi təqdim ediləcək.