Rusiya Ukraynanı işğal etməyə çalışarkən fotoqraf Aleksandr Qronski Moskvanı fotoyaddaşa alır
Rusiya Ukraynanı işğal etməyə çalışarkən fotoqraf Aleksandr Qronski Moskvanı fotoyaddaşa alır. Şəhər əvvəlki kimi görünsə də, artıq ona əvvəlki kimi baxmaq olmur. Aleksandr Qronski Rusiyanın ən məşhur peyzaj fotoqraflarından biridir. O, uzun illərdir ki, küçələri, tərk edilmiş yerləri, həyətləri, pannoları çəkir. Fotoları Berlin, Paris, Riqa və Nyu-Yorkda sərgilənir. 24 fevraldan sonra Qronski Rusiyada qaldı və əvvəlki kimi öz yolunu araşdırmağa davam etdi: küçələri və şəhərin kənar ərazilərini . Fotoqrafın özünün də etiraf etdiyi kimi, bu, onun üçün yaxın olan nədənsə yapışmaq və stupordan (şüursuzluğa yaxınlıq və ya duyarsızlıq vəziyyəti) çıxmaq üçün yeganə fürsətdir. Bu aylarda Rusiyada nə dəyişdi? “Mahiyyətcə heç nə. Hamısı elə budur.” – Qronski deyir. “Tarixin özü fotolara münasibəti dəyişir, adi görünən kadrlara daha çox kontekst verir.” Bütün seriya Moskva və onun ətrafında çəkilib, Sankt-Peterburqdan bir foto istisna olmaqla. Bu kolleksiyada dördüncü yerdədir.