EU4Culture layihəsi Mobillik Qrantlarına çağırış mövzusunda məlumat sessiyası təşkil edəcək
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi “İncəsənət xadimləri və Mədəniyyət mütəxəssislərini dəstəkləmək üçün mobillik qrantlarına çağırış” mövzusunda məlumat sessiyası təşkil edir. Mobillik qrantı təcrübə, təhsil səfərləri, konfranslar (onlayn/oflayn), peşəkar inkişaf və başqa ölkədə həyata keçirilən və bilik mübadiləsini və mədəniyyətlərarası dialoqu təşviq edən digər fəaliyyətlər üçün səyahət, yaşayış, viza və qeydiyyat xərclərini əhatə edir. Sənədlərin qəbulu üçün son müraciət tarixi 31 avqustdur. Prosedura haqqında ətraflı məlumat üçün bura tıklayın.
Online tədbirdə EU4Culture layihəsinin Azərbaycan üzrə Milli Koordinatoru xanım Firuzə Bağır potensial müraciət edənlərə müsabiqə haqqında ətraflı məlumat verəcək və müraciət prosesi ilə bağlı təlimat verəcək. Mədəniyyət və yaradıcılıq sektorlarının indikativ siyahısı aşağıdakı kimidir:
- Reklam və Marketing (PR və kommunikasiya fəaliyyətləri, Reklam)
- Memarlıq (Memarlıq fəaliyyətləri)
- Yaradıcı oyun sənayesi
- Yaradıcı və ya mədəni təhsil və/və ya tədqiqat, Yaradıcı mərkəzlər
- Yaradıcı və ya ənənəvi sənətkarlıq
- Dizayn, məs. məhsul, qrafika və moda dizaynı
- Film və video məsələn. kino və video istehsalı, TV, radio, yayım
- Təsviri Sənətlər məs. fotoqrafiya, rəsm, yeni media sənəti
- Qastronomiya və ənənəvi kulinariya sənayesi
- İT, Proqram təminatı və kompüter xidməti yaradıcı proqram təminatının inkişafı, o cümlədən mədəniyyət və yaradıcı kompüter əsaslı xidmətlər
- Ədəbiyyat və Nəşriyyat (tərcümə və tərcümə fəaliyyəti)
- Muzeylər, arxivlər, qalereyalar və kitabxanalar
- Musiqi, ifaçılıq və təsviri incəsənət (Səs yazma və musiqi nəşri fəaliyyətləri, mədəni maarifləndirmə, İfaçılıq sənəti, Bədii yaradıcılıq, Festivallar)
EU4Culture peşəkar şəbəkəni gücləndirmək və sərhədlər arasında qarşılıqlı əlaqə yaratmaq üçün sənətçilərə və mədəniyyət mütəxəssislərinə dəstək verir. Layihə Goethe-Institut (Aparıcı), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu, Institut Français de Géorgie tərəfindən həyata keçirilir.