WikiGap 2018 başlayır!

 WikiGap 2018 başlayır!

WikiGap 2018 başlayır! VarYox-a verilən məlumatda deyilir: “Biz interneti daha gender bərabərli etmək üçün birgə fəaliyyət həyata keçiririk

İsveçin Azərbaycandakı səfirliyi və Baku IdeaLab Wikimedia Azerbaycan ilə birgə əməkdaşlıq edərək 2018-ci il 14 iyulda Azərbaycandakı qadın profilləri, mütəxəssisləri və rol modellərini  vurğulamaq üçün layihə həyata keçirdi. Biz bu təşəbbüslə Wikipedia-da təmsil olunan qadınların sayını artırmaq və interneti daha gender bərabərli şəbəkəyə çevirmək istəyirik. 

Wikipedia dünyanın ən böyük onlayn və istifadəçi tərəfindən yaradıla bilən ensiklopediyasıdır. Onun məğzi istifadəçilərin dünya ilə bağlı biliklərinə təsir edir və bu bilikləri rəngləndirir. Lakin veb səhifədə cəmiyyətdəki kimi böyük qeyri-bərabərlik var. Belə ki, məzmunun 90%-i kişilər tərəfindən hazırlanıb və kişilər haqqında məqalələr qadınlar haqqında olan məqalələrdən 4 dəfə çoxdur. Rəqəmlər regionlar üzrə dəyişsə də, mənzərə demək olar ki, eynidir. Qadınlar haqqında informasiya kişilər haqqındakı informasiyalardan sadəcə daha az deyil, eyni zamanda xaraktercə daha neqativ və fərqlidir. 

Daha doğru mənzərə yaratmaq üçün İsveçin Azərbaycandakı səfirliyi, Baku IdeaLab və Wikimedia Azerbaijan #WikiGap  təşəbbüsünü həyata keçirməyə başlayıb. 10-dan artıq könüllü fərqli sahədə azərbaycanlı qadın profilləri, mütəxəssisləri və rol modelləri haqqında Wikipedia-ya məzmun əlavə etmək üçün Baku IdeaLab-da toplaşacaq. 

Bu tədbir beynəlxalq #WikiGap kampaniyasının bir parçasıdır və ilk olaraq Wikimedia İsveç və İsveçin Xarici İşlər Nazirliyi tərəfindən başladılmışdır. Qadınların internetdə iştirakını artırmaq və dünyanı daha gender bərabərli bir yerə çevirmək üçün dünya miqyasında 50-dən çox ölkədə oxşar tədbirlər keçirilmişdir. 

 

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:   

Embassy of Sweden in Baku / [email protected] / +99450 278 62 82
Baku IdeaLab / [email protected] / +99450 423 3667 

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir