“Yeddi Gözəl” sərgisi

 “Yeddi Gözəl” sərgisi

Nizami Gəncəvinin əfsanəvi “Yeddi Gözəl” poeması Ninka cards və bir sıra Azərbaycanın istedadlı dizaynerlərini xüsusi foto layihə hazırlamağa ilhamlandırıb. Bu özəl layihə qadınların müxtəlifliyini və mənəvi zənginliyini vurğulayır. “Yeddi gözəl” poemasında yeddi iqlim gözəlinin danışdığı ibratəmiz hekayələrin əsasında bir şəxsiyyətin formalaşması və insanın kamilləşməsi prosesində qadın zəkasının mühümlüyü vurğulanır. 12-ci əsrdə yazılmış alleqoriyalar ilə zəngin bu əsər, sadəcə Sassani imperiyasının dövründəki mistik dünyanı deyil, həm də Nizaminin fəlsəfi baxışlarını bizə tanıdır.

 

İstedadlı gənclər bir araya gələrək güclü ruha sahib, alicənab və kamil qadın obrazlarını təcəssüm etdirən şəkillər yaratmışlar. Onların səylərinin nəticələrini görmək üçün 23 Noyabr tarixində sərgiyə siz də dəvətlisiniz.

 

Fotoqraf: Hadi Misrixanova
Model: Zeynəb Cahan
Art Direction: Nergiz Ibrahimova
7 dizayner: Sida, Nərgiz Şahbazi, Anara Zakirli, Nadit, Jan Atelier, MMMDN, Luxout
İllüstrator: Camile Aliyeva
PR dəstəyi: Darina İbrahimova
Make-up və saç ustaları: Beaumond Studio / İrina Babayeva & Nigar Əlizadə

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir