“Mədəni Niyyət”-lə 32 saatlıq Təməl Yoqa Proqramı – 2019-cu il İyunun 24, 25, 26 və 27
“Mədəni Niyyət” proqramı çərçivəsində özlərini könüllü iştiraka həsr edəcək insanlar, qeyd etdiyi istənilən tarixlərdə endirimli təlim keçə bilərlər. Təlim 160 AZN təşkil edəcək, bundan əlavə onlar çap şəklində dərs təlimatı və gündəlik naharla təmin olunacaqlar. Bu əla sövdələşmədir, çünki təlimin hər saatına görə əsasən 5 AZN ödəyəcəksiniz. Mütəmadi olaraq yoqa ilə məşğuliyyət hər saatına görə 15-20 AZN tələb edir. Əgər kimsə həqiqətən qatılmaq istəyirsə, lakin ödəniş etməyə imkanı yoxdursa, biz o kəslərlə ayrıca müzakirələr apara bilərik.
Sadəcə təcrübə əldə etmək üçün bizə qoşulmaq istəyənlər isə 480 AZN ödəyərək eyni paketi alacaqlar – iştirak haqda sertifikat, dərs təlimatı və gündəlik nahar.
Yoqa tənəffüsü, hərəkətləri və zehni təmərküzü birləşdirərək stressi atmağa, həmçinin fiziki, zehni və emosional sağlamlığı dəstəkləməyə yardım edir. Bu həmçinin başqa tibbi prosedurlarla birgə istifadə edilən populyar praktikadır. “Mədəni Niyyət”-in tərəfdaşlığı ilə keçiriləcək bu xüsusi yoqa təlimlərində iştirakçılar təməl anatomiya, tənəffüs texnikası, fəlsəfə, həmçinin özlərinə və ya başqa yoqa ilə məşğul olan insanlara sülh və rahatlıq tapmaq üçün istifadə olunacaq fiziki asanaların ardıcıllığı barədə məlumat əldə edə biləcəklər. Kursu uğurla bitirən iştirakçılar “Mədəni Niyyət” könüllülərinin fəaliyyəti çərçivəsində təməl yoqa təlimləri aparmaq imkanına nail ola biləcəklər. Yeri gəlmişkən, istənilən yaşda insan proqrama qoşula bilər.
Müraciət üçün: [email protected]
Bazar ertəsi, 24 İyun
9:00 – 10:00 – Salamlaşma və təlimdən gözləntilər
10:00 – 12:00 – Praktika
12:30 – 13:30 – Əsas konseptlər – Fəlsəfə 1-ci hissə
13:30 – 14:00 – Nahar
14:00 – 15:30 – Təməl anatomiya 1-ci hissə
15:30 – 17:30 – Asanalar və ardıcıllıq
Çərşənbə axşamı, 25 İyun
9:00 – 11:00 – Praktika
11:00 – 12:00 – Vərdiş və Emosional stress üçün Yoqanın təqdimatı
12:30 – 13:30 – Əsas konseptlər – Fəlsəfə 2-ci hissə
13:30 – 14:00 – Nahar
14:00 – 15:30 – Təməl anatomiya 2-ci hissə
15:30 – 17:30 – Asanalar və ardıcıllıq
Çərşənbə, 26 İyun
9:00 – 11:00 – Praktika
11:00 – 12:00 – Meditasiya və Pranayama
12:30 – 13:30 – Əsas konseptlər – Müəllimlik 1-ci hissə
13:30 – 14:00 – Nahar
14:00 – 15:30 – Təməl anatomiya – variyasiyalar
15:30 – 17:30 – Asanalar və ardıcıllıq
Cümə axşamı, 27 İyun
9:00 – 11:00 – Praktika
11:00 – 12:00 – Meditasiya və Pranayama
12:30 – 13:30 – Əsas konseptlər – Müəllimlik 2-ci hissə
13:30 – 14:00 – Nahar
14:00 – 15:30 – Təməl anatomiya – yardım
15:30 – 17:30 – Asanalar və ardıcıllıq
17:30 – 18:00 – Təlimin bitirilməsi
Lesli Qrey (E-RYT 200, RYT 500, YACEP) 2011-ci ildən bəri yoqa üzrə studiya dərsləri, seminarlar və müəllimlər üçün təlimlər keçirdir.
Əslən Riçmonddan (ABŞ-ın Vircinia ştatı) olan Lesli öz yoqa aləminə səyahətinə yeniyetmə yaşlarında başlayır. O vaxt uşaq vaxtı onurğasından əməliyyat olunması səbəbi ilə bədənini həmişə tonusda saxlamaq üçün həkimi ona həyatı boyu yoqa ilə məşğul olmağı tövsiyyə etmişdi. 2011-ci ildə müəllimi və mentoru, Qətərin paytaxtı Doha şəhərində yerləşən Yama Yoga Studios-un sahibi və təsisçisi Valeri Yeremiyenkonun rəhbərliyi altında Aştanqa Vinyasada 200 saatlıq müəllim təlimləri keçir. 2014-cü ildə isə Lesli Yin Yoga-da Yin Yoga-nın təsisçisi, müəllimi Pol Qrilli ilə 300 saatlıq qabaqcıl yoqa təlimləri keçir. Lesli Qrey hər il Pol və Syuzi Qrillilər ilə funksional anatomiya və yoqa fəlsəfəsi üzrə məşqlərini davam etdirir. Usanmadan yoqanın Aştanqa, Vinyasa və Yin növləri, həmçinin pranayama və meditasiya ilə məşğul olan bir insan kimi Lesli bu ənənələri öz təlimlərinə qataraq onların hamısından ilham alır. Hal-hazırda Azərbaycanda, Bolqarıstanda, Qətərdə və BƏƏ-də Vinyasa və Yin yoqa üzrə təlimlər və master-klasslar aparan Leslinin artıq 100-dən çox tələbəsi var. 2018-ci ildə Bakıda o, “Mədəni Niyyət”-lə əməkdaşlıq çərçivəsində emosional sağlamlığın dəstəklənməsi və pis vərdişlərdən xilas olmaq üzrə yoqa təlimləri keçirməyə başlayıb.