2020-ci ilin Top 100 Fotosundan biri

2020-ci il Xəbər fotoqrafiyası üçün də bir çox hadisələrlə yaddaqalan oldu. Əgər bu hadisələrin böyük bir qismi dünya üçün COVID-19 pandemiyası və onun fonunda karantindən irəli gələn prossesləri əhatə edirdisə, Azərbaycan üçün daha çox Vətən müharibəsi ilə yadda qaldı. Hərbi əməliyyatlar zamanı bir sıra şəhər və rayonlarımıza atılan ballistik raketlər nəticəsində xeyli sayda dinc sakin şəhid oldu. Bunlar arasında ən dəhşətlisi Gəncə və Bərdə şəhərlərinin kasetli bombalar vasitəsilə raket atəşinə tutulması idi ki, dünya mediasının da gündəmi oldu. Yəqin elə ona görədir ki, TIME jurnalının 2020-ci ili əks etdirən 100 xəbər fotosu arasında Ivor Priketin Bərdədə çəkdiyi foto da yer alıb.

2018-ci ildə ilin ən yaxşı fotoqrafı və Pulitzer mükafatının finalisti olan İvor daha çox Suriya və İraqda baş verən müharibələri dünyaya ən dürüst şəkildə çatdıran fotojurnalist olaraq tanınır. Onun maraq dairəsi arasında Yaxın Şərq, Balkan Yarımadası və Qafqazdakı müharibələrin törətdiyi humanitar faciə və insan dramıdır.

İvorun fotoları The World Press Photo, The Pulitzer Prizes, The Overseas Press Club Awards, Pictures of the Year International, Foam Talent, The Taylor Wessing Portrait Prize, The Ian Parry Scholarship kimi bir sıra prestijli mükafatlara layiq görülüb. Onun əsərləri hazırda Viktoriya və Albert Muzeyində və Sothebys, Foam Gallery, The National Portrait Gallery miqyasında dünyanın böyük qalereyalarında sərgilənir. İvor həm də Canon markasının Avropa səfiridir.

Fuad Ismayilov’s sister kissed his hand shortly after he was killed in a rocket attack launched by Armenian forces on the city of Barda in Azerbaijan
Fuad Ismayilov’s sister kissed his hand shortly after he was killed in a rocket attack launched by Armenian forces on the city of Barda in Azerbaijan
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir