Dəyişməkdə olan şərtlər bizə məhdudiyyətlərimizi xatırlatdı, bir-birimizin şəxsi məkanını göstərdi. Çoxumuzu bir qutunun içində saxladı və hələ də saxlamağa davam edir. Bununla bizi yeni dövrə aparırdı. İnsanlığın dirçəlişi şərtsiz şüur və dəyərlərin yenidən qiymətləndirilməsi üçün önəmlidir. Ənənələr, adətlər, stereotiplər yenidən nəzərdən keçirilməli və müsbət inkişaf üçün gələcək nəsillərə ötürülməlidir. ACT N°1 budəfəki kolleksiyada kənardan görünə bilən və görünməyən fərqli dünyaları və arxa fonları, içimizdə saxladığımız dünyanı göstərmək üçün şüşə vitrin seçib. Doğma mədəniyyətlərimiz ruhumuza aiddir. Şəxsiyyətlərimizi əhatələyir, bizi bir-birimizdən fərqləndirir. Lakin onlar bir araya gələndə saf harmoniya və sevinc yaranır. Ziddiyyətlər və tənqidlər kiminsə ruhunu gücləndirə, kiminsə dünyasını məhv edə bilər: daha yaxşı gələcək və daha yaxşı cəmiyyət qurmaq üçün bir-birimizə hörmət və sevgi öyrətməliyik. ACT N°1 brendinin mahiyyəti yalnız multikulturalizmə dayanmır, bu sadəcə bir hissədir. Gücümüzü bərabərliyə istiqamətləndiririk və eşidilməli olanların səsinə dəstək oluruq.
Yeni kolleksiya ənənəvi dərzilik və paltar istehsalına meydan oxuyaraq brendin DNT-sini dirçəldir. Qollar çiyinlərinə qırçınlarla örtülmüş qarışıq kvadrat paneldən ibarətdir. Ayrı biçilmiş köynəklər paltarların üzərinə birləşdirilib. Tökülən qatlı qolları olan geniş kəsimli paltarlar istənilən bədənə və istənilən ölçüyə uyğun təkölçülü məhsullardır. Gödəkçələr və köynəklər bodysuit-ə çevrilir. Maksi “plissée” qollar ve “plisse” yamaq detalları olan zərif paltarlar, şalvarlar və köynəklər. Geniş kəsimli köynək, ikonik ikiqatlı köynək, hibrid köynək, parlaq sarı pion naxışlı satin məhsullar və Qədim Çin incəsənətindən ilhamlanan yamaq detallı ipək paltarlar ACT n°1-ın daimi məhsulları olaraq yenidən dizayn edilib.
Xüsusi Swarovski kristal şəbəkəşəkilli detallar sağ cibinə kristal saçaqlar bərkidilmiş kostyumun üzərinə örtülüb. Parlaq denim mavi rəngli, saf yundan və Swarovski kristal şəbəkəşəkilli detallardan hazırlanmış əl işləməli ön hissəsi olan uzun şalvarlar diqqət çəkir. Swarovski kristalları ilə əllə işlənmiş tül paltarlar bodysuit-in üzərinə bərkidilib.
ACT N°1 beynəlxalq dizaynerlər Galib Gassanoff və Luca Lin tərəfindən İtaliyada yaradılmış markadır. Adın mənası lakonikdir – dizaynerlərin körpəlik dövründəki ilk addımları kimi markalarını inkişaf etdirmək üçün onlara ilham verən hərəkətlər olaraq başa düşülür. Brendin mahiyyəti və tərzi dizaynerin antik Çin təsviri sənəti ilə Azərbaycan sənətkarlığının toqquşduğu uşaqlığı, evi və həyat tərzinə yönəlmiş fərdi hekayəsi və multikultural keçmişi ilə əlaqədardır. ACT N°1 hər mövsüm inkluzivlik və dünyanın müxtəlif yerlərindən olan qadınların yaşadığı şəraitlə bağlı hekayələri nümayiş etdirməyi hədəfləyir. Brend davamlı inkişafdadır və Londonda “Selfridges”, Moskvada “Tsum”, Los Ancelesdə “H Lorenzo”, Honq Konqda “IT”, Tokyoda “Concento”, Romada “Luisa Via” kimi mağazaların kolleksiyalarında yer alır.