Faiq Əhməddən ittihamlara cavab
2-3 gündür ki, sosial şəbəkələr rəssam Faiq Əhmədin Azərbaycan xalçası dizaynı konsepsiyasını müzakirə edir. Müxtəlif sosial aktiv fərdlər və sənətçilər Faiq Əhmədin bu konsepti mərhum sənətkar Ceyhun Ocadovdan “oğurladığını” iddia edirdilər. VarYox.az bu barədə Faiq Əhmədin fikirlərini öyrənib. Rəssamın bəyanatını yayımlayırıq:
Bu ittiham haqda ilk dəfədir ki, ictimai olaraq yazıram. İllər boyu dostumun xatirəsinə hörmət əlaməti olaraq susurdum. Ceka mənim yaxın dostum idi. İndi o həyatda deyil, buna görə də mən aramızda olan münasibəti müzakirə etməyəcəyəm. Hal-hazırda sosial şəbəkələrdə müzakirə olunan mövzu açıq böhtandır. Məhz buna görə mən fikrimi bildirməyə qərar verdim.
Mən məni ittiham edən həmvətənlərimə – nə mən, nə də Ceka haqda xəbəri olmayan şəxslərə müraciət edirəm. Belə ki, siz məni “ən birinci” olmamaqda ittiham edən nə ilk, nə də sonuncu şəxslərsiniz. Təəccüblənəcəksiniz, amma mən, doğrudan da, xalça üzərində eksperiment aparan ilk insan deyiləm. Məndən öncə bunu Alighiero Boetti, Farhad Moshiri (1940 – 1994), Lətif Kərimov (1906 – 1991) edib. Azərbaycan xalçası mövzusunda məndən başqa, Çingiz Babayev, Vüqar Muradov, Tərlan Qorçu, Elşən İbrahimov, Fərid Rəsulov, Fərhad Fərzəli, Orxan Məmmədov və Ramal Kazım da işləyib. Bildiyimə görə, indiyə qədər heç kim heç kimi plagiatlıqda ittiham etməyib.
İncəsənətdə kiminsə birinci, kiminsə ikinci olması mümkün deyil. Hərənin öz yolu var və rəssamın yolunu imitasiya etmək mümkünsüzdür. Amma imitasiya ilə məşğul olanlar Beynəlxalq İncəsənət İnstitutları vasitəsilə asanlıqla ifşa olunur. Mənim üçün məşhur muzeylərin kolleksiyalarında akademik filterdən keçmədən yer almaq mümkünsüz olardı. Toxuculuğun, xüsusilə Azərbaycan toxuculuğunun rəssamların işləri vasitəsilə daha da populyarlıq qazandığını müşahidə etmək məni sevindirir. Mən həmişə onlara konsepsiyanın yaradılmasından onun reallaşdırılmasınadək hər şeydə dəstək olmaqdan məmnunam.
Əlavə olaraq, neçə illərdir mənə və mənim işlərimə böhtan atan İbrahimə – Cekanın qardaşına müraciət etmək istəyirəm. Bizim şəxsi tanışlığımız olduğu üçün mən ona ictimai olaraq, şəxsən müraciət edirəm. Niyə mənə Cekanın ölüm xəbərindən sonra sizin evə ilk gələnlərdən biri olanda bütün bunları demədin? Sən axı insanlara bütün həqiqətləri danışmadığını bilirsən. Sən bilirsən ki, insanlar bütün doğruları bilsə, məndən üz döndərməz, hətta bunun əksi olar… Amma özünün doğruluğundan əminsənsə, eskizlərlə, sübutlarla, şahidlərlə məni məhkəməyə ver. Sənin bəhanəni öncədən bilərək bəyan edirəm ki, sənin məhkəmə iddianı, mənə qarşı olan vəkilini və digər məhkəmə xərclərini hakimin son qərarına kimi ödəməyə hazıram. Amma əsassız ittihamlar və böhtan davam etsə, sən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan və yalan informasiya yaymaqla məhkəməyə cəlb olunacaqsan.
Mən hamıya SÜLH arzulayıram! İçinizdə alov yanırsa, onu həmvətənlərinizə yox, Qarabağa yönləndirin! Boş ittihamlardansa bir yerə toplanın, mədəniyyət haqda müzakirələr aparın, mən də məmnuniyyətlə sizə qoşulum!
Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.
Я в первый раз публично пишу об этом обвинении – все эти годы я молчал, уважая память своего друга. Джека был моим близким другом, его нет в живых, поэтому я не буду обсуждать что-либо из моих с ним отношений. Но то, что муссируется в интернете сейчас – откровенная клевета, и именно поэтому я решил все-таки высказаться.
Я обращаюсь к обвиняющим меня соотечественникам, всем тем, кому ничего не известно ни о Джеке, ни обо мне. Итак, вы не первые и не последние, кто меня обвиняет в том, что я не «самый первый». И вы будете удивлены, я и правда не первый, кто экспериментировал с ковром! До меня это делали Alighiero Boetti (1940-1994), Farhad Moshiri, а также Лятиф Керимов (1906 – 1991). Помимо меня с темой азербайджанского ковра работали также Чингиз Бабаев и Вугар Мурадов, Тарлан Горчу, Эльшан Ибрагимов, Фарид Расулов и Фархад Фарзалиев. И, насколько я знаю, никто никого до сегодняшнего дня в плагиате не обвинял.
В искусстве невозможно быть всегда первым или вторым, у каждого свой путь и путь художника невозможно имитировать! А те, кто занимается имитацией, легко разоблачаются Международными Институтами Искусства. Для меня, как художника, было бы невозможно находиться в коллекциях известных музеев и коллекционеров без обязательного Академического фильтра. Я всегда рад видеть, что текстиль и, особенно азербайджанский, становится все более популярным через работы различных художников, и я всегда рад поддержать их во всем, начиная от концепции и вплоть до исполнения.
Отдельно я хочу обратится к Ибрагиму, брату Джеки, который уже много лет продолжает клеветать на меня и мои работы. Мы знакомы лично, поэтому я обращаюсь лично к нему в публичном формате. Почему ты мне все это не сказал, когда я был одним из первых, кто пришел к вам домой после смерти Джеки? Ты же знаешь, что рассказываешь людям не всю правду? И ты знаешь, что вся правда не обратит против меня людей, а может быть и наоборот…
Но если ты так уверен в своей правоте, то будь добр, подай на меня в Суд со всеми эскизами, доказательствами и свидетелями. Заранее предвижу твою отговорку и заявляю, что готов также оплатить твой иск и адвоката против меня и понести любые судебные издержки вплоть до последнего решения суда. Если же голословные обвинения и клевета продолжатся, то ты будешь привлечен к уголовной ответственности по статье 147 УК Азербайджанской Республики за клевету и распространение ложной информации.
Я желаю Всем Мира! А если внутри вас горит огонь, направьте его в Карабах, а не на своих соотечественников! Вместо пустых обвинений, собирайтесь лучше где-нибудь и говорите об искусстве, а я к вам с удовольствием присоединюсь!