İsmayıl Səfərəlinin filmi Moskva Beynəlxalq Film Festivalında

 İsmayıl Səfərəlinin filmi Moskva Beynəlxalq Film Festivalında

Azərbaycanlı rejissor İsmayıl Səfərəlinin “Balıqçının qızı” debüt filmi Moskva beynəlxalq film festivalının əsas müsabiqə proqramında yer alıb. Bu sevindirici xəbəri filmin prodüseri Aleksandr Rodyanski də öz auditoriyası ilə paylaşıb.

“Bu barədə bir dəfə danışmışam, amma çoxdan olub – karantin bütün festival premyeralarını təxirə saldı. Ona görə də icazə verin, sizə rejissor və onun filmi haqda xatırlatma edim. Biz İsmayılla bir neçə il əvvəl Kinotavr film festivalının piçinqində tanış olmuşuq. Onun daxili özgüvəni və ideyasının orijinallığı məndə güclü təəssürat yaratmışdı. İsmayılın öz həyatında köklü dəyişikliklər etməsi də mənim üçün böyük əhəmiyyət kəsb edirdi. O, maliyyə üzrə təhsilini uğurla bitirib, böyük bir investisiya fondunu idarə edib, lakin sonda bunları kənara qoyub xəyallarının arxasınca getməyə – film çəkməyə qərar verib. Film dənizdən qayıtmayan balıqçı atasını gözləyən 14 yaşlı qızın hekayəsinə əsaslanır. Ssenari bəzi məqamlarda rejissorun bioqrafiyasından da bəhrələnib. Əsas qəhrəman Sara kimi, İsmayıl da uşaqlığının böyük hissəsini Abşeronda, Xəzər dənizinin sahilində yerləşən kiçik balıqçı kəndində – öz inancları və adət-ənənləri olan və sakinlərinin bu adətlərə hələ də inandığı patriarxal və hermit cəmiyyətdə keçirib. Bu hekayə mühafizəkar həyat tərzinə qarşı çıxan və çarəsizcə atasını axtaran Saradan bəhs edir.”

Xatırladaq ki, Aleksandr Rodyanski Ukraynanın “1+1” telekanalının təsisçisi, Kinotavr film festivalının prezidenti, həmçinin, məşhur rusiyalı rejissor Andrey Zvyaqintsevin “Sevgisiz”, “Leviafan” filmlərinin prodüseridir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir