Ağa Hüseynov

Nyu-Yorkda yaşayan Ağa Hüseynov beynəlxalq incəsənət səhnəsində ən tanınan müasir azərbaycanlı rəssamlardan biridir. Bakıda doğulan Ağa, Moskvada (SSRİ dönəmində) V.İ.Surikov adına Təsviri İncəsənət İnstitutunda təhsil almış və magistr dərəcəsinə yiyələndikdən sonra Nyu-Yorka köçür. Nyu-Yorkda prestijli Uitni Muzeyində müstəqil təhsil proqramında iştirak edərək rəssam öz təcrübəsini inkişaf etdirməyə davam edir. Müxtəlif, o cümlədən skulptur, instalyasiya, video, rəsm, kollaj və fotoqrafiya sahələrində işləyən Ağanın konspetual təcrübəsinə nostlaji, çağdaşlıq ideyaları və texnologiyalardan doğan müasirlik ideyaları və xülya konspesiyası təsir etmişdir. Əsərləri Azərbaycan, ABŞ, İtaliya, İsveç, Rumıniya, Yunanıstan, Rusiya və Böyük Britaniya kimi ölkələrdə nümayiş etdirirlən rəssam fəal olaraq dünyanın bir çox ölkəsində təşkil edilən sərgilərdə iştirak edir. Kommersiya baxımından isə, rəssamımız 2006, 2009, 2016-cı illərdə fransız lüks brendi “Hermes”-in Nyu-York, Beverli-Hills və Kaliforniyadakı aparıcı dükanları üçün vitrinlər hazırlamış. 2011-ci ildə Ağanın əsərləri 54-cü Venesiya Biennalesi çərçivəsində Azərbaycan pavilyonunda sərgilənir. Həmçinin onun əl işləri 2012-2013-cü illərdə Paris, London, Moskva və Bakı kimi şəhərlərdə nümayiş etdirilən “Fly to Baku” müasir Azərbaycan sərgisinin bir hissəsi olmuşdur. Bakıda isə, rəssamın əl işləri Müasir İncəsənət Muzeyində nümayiş etdirilən 2012-ci ildə azərbaycanlı və britaniyalı rəssamların “Merging Bridges” qrup şousunda, 2015-ci ildə isə “Observers of the Flight” sərgisinə daxil edilmişdir. Həmçinin 2012-ci ildə Ağa Hüseynov Yarat Müasir İncəsənət Məkanında “The Kite and The Impossible Globe” adlı fərdi sərgisini təşkil etmişdir. Cari ilin mayın 2-də onun video əsəri isə, “8 Attempts to Exhaust [The Poetics of] a Place” adlı İşıq ili ictimai incəsənət proqramı çərçivəsində Nyu-Yorkun Bruklin şəhərində yerləşən Manhetten Ankoric körpüsünə proyeksiya edilir.

 

Ağanın əsərləri özlüyündə elmi fantastikanın, retro-futurizmin və nostalgiyanın elementlərini birləşdirərək daxili və xarici aləm arasında – dərk etdiyimiz ilə həqiqətin arasındakı fərqlilikləri araşdırır. 20-ci əsrin əvvələrinin fotoqrafiyası və qrafikasından ilhamlanan üslubu istifadə edərək o, texnologiya elementlərini nağıl obyektlərinə döndərir. Rəssam, aviasiya və kosmik səyahətlər kimi elmi nailiyyətlərlə və onların bəşəriyyətə təsiri ilə maraqlanır, texnologiyanın insanların münasibətini necə dəyişdiyi, həmçin mədəniyyətə və ictimai həyata necə yansıdığı haqda düşünür. Onun “Celestography” adlı multimedia seriyası rover, planet, peyk şəkillərini və digər mexaniki nailiyyətləri birləşdirir. Burada insan araşdırmasının qalıqları, bəşəriyyətin kəşflər və hökm etməklə bağlı nəfsinin yumoristik təsvirləri ilə dolu məkana olan quş uçuşu məsafəsindən qeyri-aydın bir baxış bucağı əks etdirilib. Bucholic Landscape (2008) and The Barque (2012) adlı C-print kollajlarından ibarət digər əsərlərində isə rəssam dirijabl və sualtı qayıq kimi nəqliyyat vasitələrini primitiv və uşaq rəsmi şəklində təsvir edərək, onların dağıdıcı potensialı aradan qaldırır və ilk kəşf olunan zaman doğan təəccüblük hissini geri qaytarır. Bu əsərlər vasitəsi ilə o, texnologiyanın istər-istəməz dağıdıcı tendensiyalara xidmət etməsi yerinə, erkən texnologiyaların bəşəriyyət kəşflərini alqışlayan xülyanın yaradılması üçün ixtira edildiyi barədə ideyanı araşdırır. Məhz şəxsi və tarixi nostalji prizması vasitəsi ilə Ağa bəşəriyyətin ambisiyalarının nəhəng potensiala malik olduğunu və bizim onları hansı məqsədlər üçün istifadə edəcəyimiz barədə qərar verməmizi xatırladır.

Ağa Hüseynov

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir