Aida Mahmudova

Məşhur müasir rəssam və Bakıdakı Yarat Müasir İncəsənət Mərkəzinin təsisçisi Aidə Mahmudova, vətəni Azərbaycandan ilhamlanaraq, müxtəlif sahələr və mövzular üzərində fəaliyyət göstərir. Bakı və Londonda yaşayan A.Mahmudova Londonda (Böyük Britaniya) yerləşən Central Saint Martins-də incəsənət üzrə təhsil alıb və 2011-ci ildə yerli istedadları dəstəkləmək, həmçinin incəsənəti Azərbaycanda və ölkə xaricində təşviq etmək məqsədilə, sənətkarlara hesablanmış Yarat qeyri-kommersiya təşkilatını təsis edir. O vaxtdan bəri Yarat Azərbaycanın müasir incəsənətində ən tanınan insanlarla işləyir, proqramlar təşkil edir, sərgilər maliyyələşdirir və Azərbaycanın bədii diskursunun təşviqi məqsədi ilə tanınmış, yeni başlayan yerli rəssamları studiya məkanları ilə təmin edir. Qeyd etmək lazımdır ki, Yarat 2013-cü ildə Venesiyada keçirilən 55-ci Beynəlxalq Bienal çərçivəsində, Azərbaycanın müasir sənətkarları ilə birlikdə Qafqazı, İranı, Türkiyəni və Rusiyanı təmsil edən rəssamların əl işlərini təqdim edən çeşidli və göstərişli “Love Me, Love Me Not” sərgisinə sponsorluq edib. Qeyd edilən sərgiyə daxil edilmiş Aidanın “RECYCLED” (2012-2013) əsəri onun zaman keçdikcə yaddaşlardan silinməyə başlayan şəhərin arxitektura estetikası ilə bağlı nostalgiyanı ifadə edən köhnə Bakıya xas olan dəmir pəncərə barmaqlıqlarından ilham alıb. Yeri gəlmişkən bu mövzu rəssamın yaradıcılığında sıx-sıx müşahidə edilir.

 

 

Bundan əlavə, Aida Mahmudova öz-özlüyündə də uğurlu bir artistdir. Onun əl işləri dünya miqyasında, o cümlədən Dubay, London və Vyana kimi şəhərlərdə, həmçinin möhtəşəm sərgi və qalereyalarda nümayiş etdirilib. Məsələn, A.Mahmudova London, Paris, Berlin, Moskva, Roma (2012-2013) kimi şəhərlərdə nümayiş etdirilən azərbaycanlı rəssamların “Fly to Baku” sərgisində iştirak edib, bundan başqa Nyu-Yorkun (ABŞ) Leyla Heller qalereyasında, Zürixin Barbar İncəsənət qalereyasında və Bakının Müasir İncəsənət Muzeyində solo sərgilərini keçirib. Aidanın incəsənət üslubunu onun maddiliyi instalyasiya, heykəltəraşlıq və rəsm vasitəsi ilə araşdırması xarakterizə edir. Onun boya, beton və ya metal istifadə edərək əsərlərində çox ölçülü vizual sahələr yaratmasında əsl rəssam yanaşmasını görmək olur. Əsərlər konseptual olaraq, Aida Mahmudovanın yaddaş və məkan marağı ilə bağlı olan sezilən dərinliyə malikdir – onun işi yaddaşda qalan təsvirlərin vaxt keçdikcə solması və yumşalmasını, həmçinin insanın nostalgiya süzgəcindən keçdikdən sonra yenidən formalaşmasını araşdırmaqdan ibarətdir. Bu mövzunu rəssamın 2018-ci ildə Avstriyanın paytaxtı Vyanda yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən “Landscaped” adlı fərdi sərgisində müşahidə etmək mümkün oldu. Rəsmlər, kətanın üzərinə həkk edilmiş yayıq rənglər və yumşaq bucaqlar vasitəsi ilə mücərrəd mənzərələri təsvir edirdilər. Bununla torpaqla bir yerdə insan şüurunun landşaftına həkk edilmiş xatirələrin topoqrafiyası təqdim edilir. 2018-ci ildə Yarat Müasir İncəsənət Məkanında keçirilən “Təsəvvür edilməyən perspektivlər” adlı fərdi şousu çərçivəsində A.Mahmudova, məkanın alt qatının hamısını Azərbaycanın bölgələrindən ilhamlanan nəhəng miqyaslı heykəl və rəsm işlərini sərgiləmək üçün istifadə etməklə, öz araşdırmalarına yeni ölçülər qataraq genişləndirmiş olur. Alternativ boğuq və zəngin rəng palitrası, rezin və beton istifadə edərək, artist sanki Yerin özünü, həmçinin onun zamanın fiziki qalıqlarına həkk olunmuş hekayələrini əks etdirən xam və torpaq rəngində kolonlar təqdim edir. Əlavə çoxqatlı materiallardan ibarət skulptur bloklar isə Azərbaycan landşaftlarının köndələn hissələrinin göydən çəkilmiş təsvirini təqdim edir. Yeri gəlmişkən, burada hər qat torpaqda toplanmış təcrübənin dərinliyini əks etdirir. Mənzərəni məsafəli təqdim etməklə, bu əsər, vizual struktur və əlavə interpretasiya kimi izləyicinin şəxsi təcrübəsinə əsaslanan perspektiv dəyişkənliyini nəzərə alaraq, daha diqqətli tədqiqata dəvət edir. Beləliklə, Aida Mahmudovanın əsərləri Azərbaycanla birgə universal vətən üçün darıxma, həmçinin sezilən, real və sonsuz yer hissi ilə bağlıdır. Bu həssaslıq Aidanın incəsənəti hamı üçün əlçatan etmək və gələcək azərbaycanlı rəssamlar nəslini ruhlandırmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində sərgilərin keçirilməsini dəstəkləyərək Yarat-ın təkmilləşdirməsi istəyində davam edir. Bu yaxınlarda Yarat Qazax bölgəsində “Yenə o bağ olaydı” (Once Again That Garden Be) adlı səyyar sərgisinə dəstək verir. Bu sərgidə, bütün Azərbaycan üzrə incəsənətə sevgi hissini aşılamaq məqsədi ilə, gənc azərbaycanlı rəssamlarla birgə müasir italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Məhz bu inklüzivlik Azərbaycanın incəsənət səhnəsinə həm yerli, həm də qlobal müstəvidə bu cür marağın cəlb olunmasına kömək etmiş olur. Bakıda müasir incəsənət mədəniyyətinin inkişafına tövhə vermək məqsədi ilə öz rəssamlıq istedadını istifadə edən Aida Mahmudovanı ölkənin ən nüfuzlu və dinamik sənətkarlarından və Azərbaycanın müasir incəsənətinin hamilərindən biri adlandırmaq olar.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir