Birgə və Sağlam #2
Normal və anormal. Bunun üçün ölçü vahidi varmı? Necə təyin edək insan təxəyyülünün sərhədlərini? Ümumiyyətlə, sərhədlər lazımdırmı? Bəlkə elə gün boyu normallıq standartlarının ardınca qaçan, komplekslər dənizində boğulan, istəksizliyi çatışmazlıq kimi qəbul edən bizik anormal varlıqlar? Pasient adlandırıb klinikada müalicə edilənlər, hansılar ki, hər hansı müharibəni başlayıb, savaş alovuna od vurmurlar, heç bir insanın hüququnu tapdamırlar, sadəcə, sirri və açarı, həmçinin sərhədləri özlərinə məlum dünyada yaşayanlar – bəlkə elə onlardır normal insan. Bəlkə elə onlardır gələcək? Axı biz, həmişə keçmişi unutmaqda əziyyət çəkən, gələcəyi isə anlamaqda çətinlik çəkənlərik. Buna görə, özümüzü özümüzdən gizlətməyək, yaxın olaq.
Azərbaycanda autizm sindromlu balaca dostlarımız üçün mərkəz fəaliyyət göstərir. Hətta “Birgə və Sağlam” adlanan ictimai birliyin tərkibində mövcud olan, autizm sindromlu dostlarımızın çalışdıqları “Kashalata” adlı kafe-atelye də var.
Diqqət və nəvaziş hər kəs üçün ilkin ehtiyacdır.