Əli Həsənov

Azərbaycanlı novator vizual, səs və performans incəsənətin təmsilçisi Əli Həsənovun yaradıcılığı eyni zamanda həm valehedici, həm də maraq oyadandır. Bakıda Əzim Əzimzadə adına rəəsamlıq məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Moskvada Yeni film məktəbində təhsil alan Ə.Həsənovun incəsənət və film təcrübəsi onun mürəkkəb əsərlərində öz əksini tapır: rəssamın yaradıcılığı müxtəlif janrlara, incəsənət sahələrinə toxunur.

O, yaradıcılığa təxminən 20 il öncə rəssamlığa, qrafikaya, performansa və video-arta baş vuraraq başlayıb. Əli Həsənovun əsərləri Azərbaycanda, Rusiyada, Gürcüstanda, Fransada, Norveçdə, Yunanıstanda və İtaliyada sərgilənib. Əli 2000-ci ildə yaradılmış “Zamanın qanadları” qrupunun üzvü olub və YARATla sıx şəkildə işləyib. Öz yaradıcılığında o tez-tez insan təcrübəsininin müxtəlif aspektlərini təcəssüm edən xarakterlər və ya avatarlar yaradaraq onların sayəsində öz incəsənət baxışını əks etdirir. Bir musiqiçi kimi o PG Large Used Project musiqi kollektivini təsis edir, bu səbəbdən də musiqi və səs onun fəaliyyətinə güclü təsir edib.

 

Əlinin yaradıcılığın böyük hissəsi mübarizə və inadkarlıq mövzuları üzərində cəmləşib. 2007-ci ildə 52-ci Venesiya İncəsənət Bienalında nümayiş edilən Əlinin Keelcoushe (2006) performansının video dokumentasiyası və instalyasiyası ona beynəlxalq şöhrət gətirir. Keelcousche-da rəssam sıx qara parçadan olan tora bənzər iplərlə bağlanmış super qəhərməna bənzər bir obraz yaradır. Obraz materiyanın məhdudiyyətindən azad olmağa cəhd edən yerdə təsvir olunub. Parçanın böyük hissəsi obrazın hərəkətlərinin dalğalarını böyük əraziyə yayaraq onun əziyyətlərini daha da kəskinləşdirən dramatik və valehedici bir effekt yaradır. Əlinin işlərinin əsas elementi kimi səs aludəliyi yaradıcılığında aydın görünür. Bu element asılılıq, mübarizə və əsasən azadlıq kimi mövzulara melanxolik elektronik musiqiyə hesablanmış əlavə kimi öz əksini tapır.

 

Əlinin digər fəaliyyətləri əlavə üsullarla incəsənətin müxtəlif sahələrini birləşdirir və nəticədə elektronik səs və animasiya ilə müşaiyət edilən əsərlərdən ibarət eksperimental instalyasiyalar yaranır. Bu janr üsyankarı baxışı 2012-ci ildə keçirilən Bakı İctimai İncəsənət Festivalı çərçivəsində nümayiş etdirilən “Arsenium” adlı genişmiqyaslı bədii əsər kimi nəzərdə tutulmuş vizual və səs elementləri ilə birləşdirilən ictimai performansda aydın görmək olar. Əli 1922-ci ildə Azərbaycanda Sovet Hökümətinin qurulmasının 5-illik yubileyi ilə bağlı bütün Bakıda səsləndirilən “Fabrik sirenalarının simfoniyası”-nın müəllifi, avanqard sovet bəstəkarı Arseniy Avraamovdan ilhamlanıb. Avraamovun əsərində hərbi texnika, əsgərlər, toplar və Bakının bütün sirenləri, eyni zamanda professional və həvəskar vokal ifaçılar birgə çıxış edərək, erkən texnologiya ilə insan kreativliyini cəmləşdirir. Avraamovun Əlinin fəaliyyətinə təsirini onun insanla maşının yaxınlaşması ilə yaxından maraqlanmasında aydın görmək olar. “Arsenium”-da o, öz baxışını əks etdirmək üçün Bakıda dəniz kənarında nostaljik və futuristik elmi-fantastik obrazlara söykənən canlandırılmış elementlərlə zəngin video-artdan, canlı xordan və orkestrdən ibarət genişmiqyaslı performans səhnələşdirir.

 

2013-cü ildə Əlinin işi məhsuldar 55-ci Venesiya Bienalında və 2014-cü ildə Bakıda Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Love Me, Love Me Not” adlı seminal sərgiyə daxil edilir. Sərgiyə daxil edilən onun “Masters” (2012) instalyasiyası sıx şəkildə qurulmuş ənənəvi əl süpürgələrindən ibarət idi; süpürgələr müasirliyə və qlobalizasiyaya qarşı davam edən mübarizəni təcəssüm etdirən qalaya bənzər struktur formalaşdırır. 2013-cü ildə Əli Bakıda Yay Qalereyası çərçivəsində “Vise Versa” adlı solo sərgisini təşkil edir. Burada rəssam minimalistik ağ-qara rəsmlər və qrafik işlər təqdim edərək bacarığının digər aspektini sərgiləyir. Bu konseptual sərgi rəsm əsəri çərçivəsini qavrayış metaforası təqdim edir. Onun rəngli obrazları rəsmlərindəki subyektlərinin daha geniş hekayəsinin göründüyündən daha böyük olduğunu göstərmək üçün kətanı və izləyicinin perspektivi ilə manipulyasiya edirdi. Əlinin görünən və görünməyən məkanı istifadə etmək bacarığı izləyiciləri öz fikirlərini və təcrübələrini incəsənət əsərlərinə inteqrasiya etməyə ruhlandırır. Bu sərgi, onun inamlı konseptual praktikası inkişaf etdikcə yaranmış səs və rəqəmli animasiya vasitəsi ilə araşdırmağa davam etdiyi reallıq və qravrayış haqda çoxlu fikirlərinin sintezi idi. Hal-hazırda Əli, bütün Qafqaz üzrə çıxış edən və bu ilin avqustunda ilk EP buraxılışı işıq üzü görən, Naschkatze elektronik dueti çərçivəsində Fərhad Fərzəli ilə birgə vizual incəsənət və musiqi yaratmaqla məşğuldur.

Əli Həsənov (foto – Şərəf Nağıyeva)
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir