Aydan Mirzəyeva

 Aydan Mirzəyeva

Bakılı rəssam və dizayner Aydan Mirzəyeva 2014-cü ildə azərbaycanlı və əcnəbi rəssamların “Tullantıdan incəsənətə” adlı sərgidə iştirak etməklə konseptual incəsənətə keçmədən öncə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında sənaye dizaynı üzrə təhsil alıb. O zamandan Aydan həm yerli, həm də əcnəbi sərgilərin fəal iştirakçısıdır – 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində Şarja İslam İncəsənəti Festivalında, 2017-ci ildə isə Bakıda YARAT-ın ARTIM rezident proqramında iştirak edib.

 

Aydan fotoqrafiya, instalyasiya və təsvir kimi sahələrdə fəaliyyət göstərərək tez-tez öz yaradıcılığında ifadənin müxtəlif formalarını birləşdirir. 2016-cı ildə, ARTIM üçün layihəsinin bir hissəsi qismində o insanın ürək döyüntüsünü əks etdirən “Bir” əsərini təqdim edir və bu tədbir çərçivəsində ilk dəfə kütlə qarşısında haiku oxuyur. 2017-ci ildə Aydan ARTIM çərçivəsində Bakıda bir çox sərgiyə, qonaqların görə və müzakirə edə bilməsi üçün konvertlərə bükülmüş ağ kağız üzərində yazılmış problemləri haqda danışmağa insanları dəvət etdiyi “Kimə nə?” sərgisinə və Faiq Əhmədin kurasiya etdiyi “Sıfır” sərgisinə qatılır.

 

2017-ci ildə baş tutmuş Fərhad Fərzəlinin kurasiya etdiyi “Made in Azerbaijan” sərgisində Aydan kölgələri ərəb yazısını – təbiətin dilinin abstrakt interpretasiyasını yaradan üzüm və işıqlardan ibarət interaktiv instalyasiyasını nümayiş etdirir. Bu onun incəsənət istiqamətində mühüm an olur, çünki təbiət mövzusu onun yaradıcılığında ən çarpıcı amilə çevrilir. 2018-ci ilin mart ayında ARTIM 2017-nin rezident layihəsinin iştirakçıları üçün həyata keçirilən məzunluq sərgisində rəssam ağac üzərində çarpaz qradasiyaları izləmək üçün pastel təbaşirindən istifadə edir. Bununla ağacların və formalarında əks etdirdiyi hekayələri şəxsiyyətini və fərdliliyini vurğulamağa çalışır. Aydan bu işini ağac toxumu ilə dialoq quracağı təbiətlə kollaborasiya kimi nəzərə almışdı.

2018-ci ilin iyul ayında Aydan Ukraynanın Kiyev şəhərindəki İZOLYATSİYA-da keçirilən CEC ArtsLink ART PROSPECT Residency tədbirində iştirak etməyə dəvət alır. Aydanın araşdırmaları növbəti dəfə, xüsusən də Kiyevin urbanistik mühitində, diqqətini təbiətə və insanlarla münasibətinə cəmləşdirməyə ilhamlandırır. İyulun 22 sərgilənən rezidensiya üçün son işində rəssam ağac toxumunun böyüməsini əks etdirmək üçün yenə taxtanın üzərində pastel texnikasına qayıdır. Aydan üçün böyüməni əks etdirən xəttlər ağacların dilini və onların həyat təcrübəsinin toxunula biləcək sübutunu təcəssüm edir. Bu dil Kiyevin əhalisinin tarixi ilə parallel cərəyan edən təbiətin tarixindən bəhs edir. Layihəyə əlavə edilən #monologueoftree heşteqi ilə müəllif insanları ağacın tarixini bölüşməyə dəvət edir və bununla da onun hekayəsini genişləndirir, insan və təbiət arasındakı simbiozu ön plana çıxarır. Aydanın məhz təbiətin gözəlliyini və müstəqilliyini vurğulamaq məramı onun yaradıcılığını kifayət qədər cəlbedici və unial edir, insanları əsərləri ilə təmas etməyə dəvət edərək isə rəssam silinməz effekt təəsüratı yaradan estetik təcrübəyə dərinlik əlavə edir.

Aydan Mirzəyeva

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir