Aydan Salahova

 Aydan Salahova

Moskvada yaşayan azərbaycanlı sənətkar Aydan Salahova gender və ehtiras mövzularında cürətli araşdırmaları ilə tanınan müasir heykəltəraşlıq və instalyasiya sənətlərində ən öndə olan simalardan biridir. Aydan rəssam ailəsindəndir – o, məşhur rəssam Tahir Salahovun qızıdır, onun anası da rəssam olub, nənəsi isə Sovet inqilabından sonra Özbəkistanda səhnədə rəqs edən ilk qadın olmuşdur. Klassik metodları ustalıqla yeni tərzdə istifadə etməklə Aydan vizualist kimi özünə yeni dəsti-xətt yaradır. Surikov adına Moskva Dövlət İncəsənət İnstitunu bitirən Aydan, hal-hazırda dünyanın müxtəlif yerlərində keçirilən sərgilər üçün əl işləri yaratmaqla birgə akademiyada dərs deyir.

 

Aydan Salahova məhsuldar sənətkardır – 30 fərdi sərgidən əlavə o, iki dəfə əl işlərini Vyana bienalına təqdim edib – 1990-cı ildə ilk dəfə onun əsəri Rusiya pavilyonunda, 2011-ci ildə isə Azərbaycan pavilyonunda təqdim edilmişdi. 2012-ci ildə Moskva Müasir İncəsənət Muzeyində “FASCINANS AND TREMENDUM” adlı əsərinin geniş tədqiqat sərgisi keçirilmişdir. 2013-cü ildə aparıcı müasir sənətçilər üçün Kandinsky mükafatına layiq görülmüşdür. Həm də 2013-cü ildə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Cuadro Qalereyasında “Bədənsiz” adlı heykəlin solo kolleksiyası təqdim olunmuşdur. 2016-cı ildə Londonda yerləşən Saatchi Gallery-də “Revelations” sərgisini açdı və 2017-ci ildə Bolqarıstanın Sofiya şəhərindəki Monov Qalereyasında öz işini sərgilədi. O, yeni iş yaratmağa və öyrətməyə davam edir. Yaradıcılığı və tədrisi davam etdirən Aydan Salahova Moskvada və xaricdə tanınır.

 

Boya, rəsm, video və instalyasiya kimi sahələrdə yaratmağına baxmayaraq, Aydan ən çox mərmər heykəllərlə məşhurdur. Sənətkar vaxtının əsas hissəsini Karrerada (İtaliyada) dünyanın ən yaxşı karxanalarından mərmər hasil etməklə və sonra ondan öz cilalanmış, nəfis əl işlərini yaratmaqla keçirir. Kişi və qadın cinsinə istinad edən oynaq formalardan istifadə edən Aydan Salahova bu yolla tamaşaçıların rəsm əsərlərinə baxdıqda genderi necə interpretasiya etdiklərini araşdırır. O, həmçinin həndəsə və memarlıq formalarını güclər dinamikasının metaforaları kimi istifadə edir. Aydanın heykəlləri tez-tez ictimai normalarla üz-üzə gəlir və mübahisəli ola bilir – o tanıdığımız qadın obrazını alt-üst edən güclü feminist perspektiv təqdim etməklə, patriarxatın qadın bədənlərinə köklənmiş kişi baxışlarını sual altında qoyur. Onun heykəllərində ən tanınan elementlərdən biri – bir çox dini və mədəni ənənələrdə, o cümlədən islam və xristianlıqda yayılmış geyim əşyası olan niqabdır. Buna baxmayaraq, Aydan dini və ya mədəni ənənələri tənqid etmək kimi məqsəd güdmür, onun istədiyi bütün mədəniyyətlərdə universal şəraitə malik qadın faktorunun müxtəlif aspektlərini görməkdir. Aydanın niqablı fiqurları gizlətdikləri qədər də izah edirlər. Onların əl hərəkətləri daxili identikliyini və düşüncələrini ifadə edir – niqab isə daha çox ictimai və daxili həyat arasında pərdə çəkmək məqsədi daşıyır, lakin əllər, əksər hallarda danışılmayan, ürəkdə olan hekayə haqda bəhs edirlər. Aydan bu obrazlar istifadə edərək bizi qadın faktoruna və təzyiq yaradan bir amilin başqa bucaqdan baxdıqda müstəqil edə biləcəyi ilə qapalı baxış bucağımızı dəyişməyə dəvət edir. Ona daha yaxın olan rəsm və boya əsərlərində fars və azərbaycanlı miniatür təsvir sənətindən ilhamlanan qadın nəzakətini araşdırmaq üçün müxtəlif vəsaitlərdən istifadə edir. Onun iki ölçülü işlərində üzü örtülmüş fiqurlar bir-biri ilə təmasa girir, qadın identikliyinin individual və kollektiv ictimai laylarını əks etdirir. Aydan Salahovanın baxışı cürətli və dəyişəndir – izləyicilərin baxışlarının istiqamətini qadının daxili səsinə yönəltməklə, qadınlara öz adından danışmaq üçün müstəqil perspektiv təqdim edir.

Aydan Salahova

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir