“Əsli və Kərəm” duet sərgisi baş tutub

 “Əsli və Kərəm” duet sərgisi baş tutub

Qadın-kişi varlığının oxşar və ziddiyyətli rənglərini hər zaman öz yaradıcılıqlarında əks etdirən gənc rəssamlar Vüsal Rəhim və Günel Ravilova 27 m²-lik kiçik bir qalereyada “Əsli və Kərəm ev N 9” adlı duet sərgi ilə bir araya gəliblər. Sərgidə hər iki rəssam müxtəlif dövrlərdə çəkdikləri eskiz və “artbook”lar, həmçinin “Əsli və Kərəm” adlı yeni performanslarını sərgiləyiblər. Performans adını Azərbaycan məhəbbət dastanlarından olan “Əsli və Kərəm”dən alır. Lakin performans adından fərqli olaraq gözəl sevgidən yox bəhz etmir. O, çatlayan ailə təsvirini və yüzlərlə məişət zorakılığından əziyyət çəkən qurbanların hekayəsini əks etdirir.

 

Günel Ravilova 1981-ci ildə, Bakıda dünyaya gəlib. O hal-hazırda Bakıda yaşayır və işləyir. İxtisası fərqli sahə olsa da onun həyatında hər zaman rəssamlıq sənəti var idi . Bunun əsas səbəblərindən biri, rəssam ailəsində böyüməsidir. Günel mütəmadi olaraq ölkə və ölkədən kənar sərgilərin daimi iştirakçısıdır. Onun bu günə kimi 4 fərdi sərgisi baş tutub. 2011-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvüdur. Onun yaradıcılığında əsas nüanslar ailə və məişət, insan problemidir.

 

Vüsal Rəhim 1987-ci ildə, Gəncə şəhərində dünyaya göz açıb. Hal-hazırda Bakıda yaşayır və işləyir. Vüsal 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının teatr-dekor sənətləri ixtisasını bitirib . Elə həmin ildən, həm müstəqil rəssam, həmçinin Azərbaycanın köklü teatrlarında quruluşcu rəssam kimi karyerasına başlayıb. Onun ölkə və ölkədən kənar 3 fərdi və bir çox qrup sərgiləri baş tutub. Onun yaradıcılığı çoxyönlü və rənglidir. Əsərlərinin əsas qəhramanı insan, ailə, qadın və kişidir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir