Aysel Sadıqova

Adım Ayseldir və Azərbaycandanam. “Parcha” brendinin təsisçisiyəm. Hazır geyim brendi olan “Parcha”nı üç dəyər üzərində təsis etmişik: minimalizm, keyfiyyət və yenilikçilik. İnanırıq ki, sadəlik, xırdalıqlara diqqət və ən müasir yanaşma ilə əla nəticələr əldə etmək olar.

İnsanlar banal üz və bədən formalarından uzaq durmağa çalışırlar. Baxmayaraq ki, öz geyimlərində seçilmək istəyirlər, bəzən onlar geyimlərinin içində gizlənirlər. Gözəllik anlayışı dünya standartlarında fərqlidir. Çünki banal-standart bədən və üz quruluşu daha az marağa çağırış hesab oluna bilər. Bu kolleksiyada qeyri – standart və professional olmayan modellərə üz tutmuşuq. Mən, həmçinin, yerli modelleri sınamaq şansı da əldə etmişəm.

“Clothes of Human” seriyası 2020-ci ilin yanvar ayında buraxılıb. Kolleksiyada qadın geyimləri ilə yanaşı, kişi geyimləri, əl çantaları və gümüş əşyalar da təqdim edilib. Hazırda instaqram üzərindən satış ilə məşğuluq. Paltarlar yaxın gələcəkdə showroomda nümayiş olunacaqlar. Eyni zamanda, vebsayt üzərindən satışlar həyata keçiriləcək.

Geyimlərinizə xüsusilik qatdıqca, geyiminiz sizi təkrarsız və fərqli gözəllikdə göstərəcək.

 

Fotoqraf: Məhəmməd Osman, İsmayıl Rzayev
Model: Yusib Faiqli, Nigar Rzayeva, Ceyhun İmanov, Nəzrin Məmmədova
Stilist: Aysel Sadıqova
Makiyaj:  Mehriban Məmmədova
Assistant: Nigar Məmmədova

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir