Azər Məmmədli

“Azy” ləqəbi ilə fəaliyyət göstərən Azər Məmmədli fitri istedadlı monumentalist, illustrator və qraffiti sənətkarıdır. Universitetdə tarix üzrə təhsil almasına baxmayaraq, Azərin uşaq yaşlarından vizual incəsənətə olan marağı, rəssama Bakı və Qafqazda məşhurluq gətirən sənətə çevrilir. Uşaq vaxtı rəsm qabiliyyətinə malik olan Azər, gənc yaşlarında öz şəxsi üslubunu və estetikasını inkişaf etdirməyə başlayır. Təcrübə yığdıqca, o, yeni texnikalar öyrənir və 2009-cu ildə qraffiti sahəsində fəaliyyət göstərməyə başlayır. İlk olaraq, rəssam kağız üzərində qraffiti yaratmaqla təcrübə yığmağa başlayır və divarlarda əsərlər yaratmazdan öncə öz yazı texnikasını inkişaf etdirir. İnternetdə izlədiyi digər rəssamların texnikasından ilhamlanaraq, bacarığını təkmilləşdirir. Rəssam bir sıra festivallarda iştirak edib, onun əl işləri fərdi təşkilatlar, kafelər, həmçinin, Bakıda və Azərbaycanın digər nöqtələrində keçirilən, ictimai incəsənət layihələri tərəfindən sifariş edilib. Azər 2-ci Bakı Qraffiti Festivalı (2013), Park Bulvar Qraffiti Festivalı (2015), Şahdağ Festivalı (2016, 2017) kimi tədbirlərdə iştirak edib. Bundan əlavə, rəssam 2017 və 2018-ci illərdə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Fabrikaffiti festivalında iştirak edib və onun əl işi məşhur Fabrika mehmanxanasının fasadına həkk olunub. Həmçinin, onun əsərləri 2014-cü ildə Red Monday (Qırmızı Bazar ertəsi) sərgisinə, 2015-ci ildə isə 404 Found sərgisinə və rəssamın “Azareal” adlı fərdi şousuna daxil edilib. Rəssamın əl işləri həmçinin Bakıda Natəvan qalereyasında sərgilənib. Hal-hazırda Azər qarşıdan gələn fərdi sərgisinin təşkilatı üzərində işləyir.

 

 

Humanistik və xəyala bənzər vizual üslubu ilə tanınan Azərin rəsmləri bir neçə qatdan ibarət emosional ölçülərinə görə baxan kimi tanınır. O, tez-tez mənəvi rəmz daşıyan 3-cü göz və ya çoxlu sayda gözləri vasitəsi ilə ifadə edilən mistik keyfiyyətlərə malik insanları təsvir edir. Azəri insanların energetik müstəvidə təmas etməsi valeh edir – onun yaratdığı personajlardan bir çoxunun əllərində, emosional əlaqələrini təsvir etmək üçün bir insandan o birisinə enerji ötürülməsinin metaforası sayılan, dəliklər var. Həmçinin onun obrazları, varlığını bu dünyada təsəvvür edə bilmədiyimiz amilləri – daxili hekayələrini, ümidlərini arzularını ifadə edən, heyvan maskaları taxır. Bu obrazların həyatlarından götürülən bir səhnə yaradaraq, rəssam onların təcrübəsinə dərinlik və məna qatır. Təsvirlərinin bir neçəsi ezoterik görsənsə də, rəssam unikal simalardan və xüsusiyyətlərdən ilham alır. Azər insanların cəmiyyətə açmadığı, öz daxillərində saxladıqlarından valeh olur. Onun yaradıcılığı antropolojidir – qrafik üslubu sayəsində rəssam həyatı yaradan çalarları təsəvvür edir və bunu atmosferik və sensor təsvirlər vasitəsilə ötürür. Onun rəng palitrası və mediaları (istifadə etdiyi vasitələr) da əl işlərinə rezonans qatır. O, boğuq pastel tonlarına və bütöv rənglərə üstünlük verir, akril boya, sprey boya və mürəkkəb istifadə edərək əl işlərini qrafik həssaslıqla ərsəyə gətirir. Azər Məmmədlinin qarşıdan gələn sərgisində, onun rəssam qismində ən son əl işləri, bəşəriyyətin mürəkkəbliliyinə həsr olunmuş unikal fərdi üslubunun təkamülü nümayiş etdiriləcək.

Azər Məmmədli
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir