Çiçək Bayramlı – Dağlarda ada

Çiçək Bayramlı bir neçə ildir fotoqrafiya ilə məşğul olan memardır. O, Tiflis Multimedia və Fotoqrafiya Muzeyində Qreqori Eloy/Tendans Flonun rəhbərliyi ilə may-oktyabr 2020-ci il tarixlərində Cənubi Qafqazdan olan qadın fotoqraflar üçün nəzərdə tutulmuş “Multimedia Lab Production Grant Program” çərçivəsində hazırladığı “Dağlarda ada” adlı layihəsini təqdim edib.

Covid-19 pandemiyası dövründə ərsəyə gələn bu layihə ilə Çiçək qeyri-standart suburban mövzulara olan marağından bir müddətlik uzaqlaşır və insan münasibətləri çərçivəsində nəsillərarası boşluqları, kəndin spesifik arxitekturasını və qadın əməyini araşdırır. Dağ həyatının füsunkar mənzərəsini əks etdirdiyi fotolar Xınalıqda ekranlaşdırılıb. Başqa ərazilərə yol çıxışının olmaması Xınalığın qədim adət-ənənələrini, dilini, evlərini, interyerini və əhatələndiyi sıra dağları qoruyub saxlamağa imkan verir. Filmin adı da elə buradan qaynaqlanır. Fotolar birgəlik və ayrılıq, qadın əməyi və uşaqlıq, ailə münasibətləri və izolyasiya arasındakı gərginliyi araşdıran örtülü hekayələrə fokuslanır.

“Dağlarda ada” Azərbaycanın şimal şərqində yerləşən 5000 yaşlı Xınalıq kəndinin alternativ mühitini təsvir edir. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə məskunlaşan kənd əhalisi qədim Ketç dilində danışır. Xınalığın bənzərsizliyi dağ yamacındakı həyat tərzi ilə yanaşı, həm də nəsildən-nəsilə ötürülən qeyri-adi ritualları və mədəniyyəti, rəngli, qeyri-standart memarlığı, spesifik dizaynlı xalçalarla zəngin evləri, divarlarına asılmış füsunkar tikmələrindədir.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir