İnstalyasiya ən son maşın öyrənmə alqoritmlərindən istifadə edərək ənənəvi naxışlardan ibarət olan məlumatları istifadə edir. “Neyron Şəbəkə” hesablama sistemi muzey və kitabxanalardan on minlərlə arxivləşmiş ornament şəkillərini emal edir. Onların oxşarlıqlarına əsaslanaraq yeni limitsiz birləşmələr yaradır. “Dairəvi Təkrarlama” bu günə qədər mövcud olmayan xəyali nümunələr yaradır.
Mədəniyyət ilham və təhsil mənbəyidir, məhz buna görə bəşəriyyət onu qoruyub saxlamışdır. Cəmiyyət ənənələri, dəyərləri, qayda və ritualları daim təkrar etməklə mədəniyyəti qoruyur. Lakin cəmiyyət yenilənməyin zəruriyyətini də anlayır. Mədəni inkişaf yeni texnologiyalardan istifadə edərək proseslərin optimallaşdırılmasına gətirib çıxarır. Kompüter dövründə məlumatlar ənənəvi izah etmə əvəzinə mədəni ünsiyyətin həlledici formasına çevrilir. Məlumat, ümumiyyətlə, qeyri-mütəşəkkil olan müxtəlif məlumatların kompleksidir.
Təkrarlama, nəzərimizdə saxladığımız qiymətli məlumatlar toplusudur. Buna görə də artıq dərk etdiyimiz bir şey fərdi fikir deyil, bu həm də geridə buraxdığımız izlərdir. Bununla belə, bəlkə də maşın zəkasının köməyilə təkrarlama anlayışını yenidən müəyyənləşdirə bilərik.
İnstalyasiyanın vizual komponenti ənənəvi Azərbaycan naxışlarını təqlid edir. Nəticədə izləyicilər Süni İntellektin yeni alternativləri necə qurduğunu görürlər. Bu alternativlər orijinal ornament naxışlarının tarixi ilə heç bir əlaqəsi olmayan sintetik bir təbiətə malikdir. Süni İntellekt, adətən nəsildən-nəsilə ötürülən ənənəvi bir tədris prosesini təqlid edir. Orijinal ornament şəkillərinin məlumatlarını əldə edərək, Süni İntellekt, mədəniyyətin yenilənməsi üçün yeni fikirlər icad edə biləcək müstəqil bir usta olur.
Rəmzlərdən başqa Süni İntellekt yeni anlayışlar və mənalar yaradır. Reallıqla saxta arasındakı sərhədləri qarışdırır. Bu hərəkətlər mədəni inkişafı daha çox təsdiq edir, belə ki, qeyri-insani intellekt ənənəvi sənətkarlıq alətlərini əvəz edir.
Son illər kommunal hesablama, generativ metodlar, rəqəmsal istehsal və ümumilikdə yeni mediada tamamilə yeni bir yanaşma ilə yadda qaldı. Ardınca Süni Neyron Şəbəkələri – təbii bioloji sinir sistemlərinin prinsipləri əsasında hazırlanmış və qurulan hesablama sistemləri – gəldi. Bəzi mürəkkəb alqoritmləri addım-addım emal etmək əvəzinə, bu sistemlər daxili parametrləri həmin məlumatlara uyğun optimallaşdıraraq milyonlarla sadə əməliyyatlarla çoxlu sayda məlumatları emal edir. Belə bir proses “təlim” və ya “öyrənmə” adlanır və biliklərin tədricən mənimsənilməsi baxımından insan araşdırmalarına çox bənzəyir (buna görə də bu texnikanın başqa bir adı – “Dərin Öyrənmə”dir).
Hesablama vasitəsi kimi “Neyron Şəbəkələri”nin əsas gücü, məlumatların çox müxtəlif növlərində əlaqələri və nümunələri tapmaq qabiliyyətindədir. Belə ki, bu üsulun müasir həndəsədən mürəkkəb orta əsr zərgərlik işinə qədər real görünən nümunələri də yarada bilməsi olduqca məntiqə uyğundur.
İndiki dövrdə ən populyar, perspektivli və inkişaf edən Dərin Öyrənmə memarlığına “GAN (Generative Adversarial Network/Generativ Əleyhdar Şəbəkələr)” deyilir. Bu iki bir-biri ilə əlaqəli neyron şəbəkələrdən ibarətdir, onlardan biri saxta görüntü yaratmağa çalışır, digəri isə bunun saxta və ya həqiqi olduğunu təxmin etməyə çalışır. Hər iki şəbəkə də təxminlərini opponentlə bölüşür ki, hər ikisi prosesdən faydalansın və getdikcə daha yaxşı işləməyi öyrənsinlər.
Məqsədimiz üçün ən yaxşı GAN memarlıqlarından birini – “Nvidia” tərəfindən yaradılmış “ProGAN”ı (Proqressiv Artan GAN) götürdük. O, tədricən məlumatlar bazasının ən aşağı ölçü vahidindən (4×4) başlayaraq və bütün səviyyələrdə olan detallara lazımi diqqəti təmin edərək tam ölçülü şəkillərə qədər öyrənir. Biz onu layiqli miqdarda (on minlərlə) orijinal nümunələr (yenə də, sadə verilənlərdən həddən mürəkkəb birləşmələrə qədər) – verilənlər bazası ilə bəslədik . Təxminən bir həftəlik təlim prosesindən sonra sistem yeni naxışlar hazırlaya bildi – orijinal görüntüləri xatırladan, lakin fərqli və daim dəyişən.
Sistemin nəticəsi – real zaman kəsimində yaradılan vizuallar – server daxilində baş verən bütün prosesi əks etdirən əlavə məlumat paneli ilə bərk LED halqaya proeksiya edildi. Təsvirin yaradılması prosesi, vizualların canlı təbiətini vurğulamaq üçün səslə (həmçinin, real zaman kəsimində yaradılan) birləşdirilmişdir.