Davam edən səssizlik

 Davam edən səssizlik

Aleksey Kuzmitçev 1977-ci ildə Moskvada anadan olub. 1997-2002-ci illərdə Moskva Dövlət Universitetində Biologiya ixtisası üzrə təhsil alıb.  Kuzmitçev həmçinin 2009-cu ildə Moskva Müasir İncəsənət İnstitutunun məzunu olub. Məşhur fotoqraf peşəkar karyerasına 2000-ci ildən başlayıb. Onun işləri təxminən 30 beynəlxalq jurnalda dərc olunmuş, müxtəlif ölkələrdə keçirilən 13 sərgidə nümayiş edilmişdir.

Natamamlıqdan, qəddarlıqdan, mənasızlıqdan və ətrafımızı bürüyən reallığın qaçılmaz sonluğundan şüuraltı dəhşətlənərək davam etmək

Xəyali, mümkünsüz və çıxışın olmadığı reallıqda qapanan bir subyekt üçün bu cür imkan belə zaman və məkan çərçivəsində əlçatmaz və qeyri-realdır. Lakin cari zamanda və ya gələcəkdə fotodakı insan üçün və ya qəhrəmanını əks etdirən müəllif üçün qorxunc reallıqdan normal, doğru həyata keçid etmək zərurəti yox olur. Belə olan halda ətrafdakı reallıq dəhşətli olmasına baxmayaraq, var olmaq üçün yeganə vasitədir. Bu vəziyyətin sezilməyərək, şüursuz formada qəbul edilməsi yaşamağa davam etmək üçün zəruri güc mənbəyinə, həmçinin ətrafdakı həqiqətin və ya onunla bağlı daxili yanaşmanın mümkün transformasiyasına çevrilir.

Yayımlar:
Afisha, Afisha-World, Bolshoy gorod, Russkyi Reporter, Expert, Russkaya zhizn’, Snob, BlacSquare, Vogue, Officiel, Harper’s Bazaar, Esquire, GQ, Jalousse, Gala, Citizen Q, Rolling Stone, Empire, Newsweek, Time, Le Monde 2, Forbes, Telerama, Lire, Time Out, Ringzwei, The Art Newspaper Russia, Imago, OjodePez, European Photography.

Sərgilər:
2017 Pingyao International festival of photography (PIP festival), “Relics from the Spaceship”.
2016 Photobiennale “Cities and memory”, Brandts Museum, Odense, Denmark.
2013 Noorderlicht festival. “Oblivion”, Groningen. Netherlands
2012 PhotoVisa International Festival for Photography, “Heroes”, Krasnodar, Russia.
2012 FotoFest2012, Conteporary Russian Photography, Houston, Texas, U.S.A.
2009 In Box of Dreams, group show of Russian artist within the 9 International festival of photography. Pingyao, China.
2009 Exhibition of graduated students of The Institute of Contemporary Art in Moskow, Central House of Artists. Moscow.
2008 Russian Perspective. New photography from Russia. Vol.I – Senko gallery, Viborg, Denmark
2008 Chekhov in Vogue – Polina Lobachevskaya Gallery in conjunction with Vogue, Moscow, Russia
2007 NEW LOOK. NEW GENERATION. Within the framework of Moscow International Festival Fashion and Style Photography – 2007
2006 Involves me. Involves everyone, a project for social campaign StopAIDS. – The traveling exhibition has been on display at 7 cities in Russia
2005 Guild Portrait of Russian Stock Market – State Museum of Contemporary History, Moscow
2002 Space of the Horse – Hermes gallery, Moscow

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir