Emil Məcnun

Emil Məcnun ən maraqlı əsərlərinə qalereyada yox, şəhərin müxtəlif yerlərində rast gəlmək olar.  Florensiyanın Academia Italiana adlı ali təhsil ocağında qrafik dizayner sənətinə yiyələnməyinə baxmayaraq, onun rəssam və illüstrator kimi layihələrini Bakı və xarici ölkələrdəki çoxlu sayda küçə sənətində müşahidə etmək olur. Emil öz işlərini Bakıda və İtaliyada nümayiş etdirib, 2015-ci ildə isə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən FABRIKAFFITI küçə sənəti festivalında iştirak edərək Fabrika binasının fasadında öz məharətini sərgiləyib. Emilin freskaları ilə bəzədilmiş “Barista & Chef”, “Ay Qonşu restoranda” və “Zion Hostel”də aydın şəkildə rəssamın əsərlərinə rahat şəkildə tamaşa etmək olar.

 

Emilin digər işləri isə, binaların arxasında gizlədilib və onları kəşf edəcək o xoşbəxt insanı gözləyir.  2017-ci ildə rəssam, fəaliyyətdə olduğu zaman Bakının incəsənət səhnəsində mühüm yerə malik olan nadir qalereyalardan biri olmuş “Bunker Art Ground” adlı studiya və rəsm qalereyasının həmtəsisçisi qismində çıxış edərək ona rəhbərlik edib. Bu layihə çərçivəsində Emil, Bakının getdikcə nüfuz qazanan alternativ incəsənət sahəsinə tövhə vermək üçün, qalereya küçə sənəti ilə məşğul olan digər rəssamları dəvət edirdi.  2018-ci ilin iyulunda ilk “Baku Street Art” turuna start verərək Emil Məcnun bu tədbirə təşrif buyurmuş insanları Bakının küçələrində gəzdirərək onlara populyar küçə sənəti nümunələrini nümayiş etdirməklə birgə yeni nəsil Bakı küçə sənəti rəssamlarını ilhamlandırmaq məqsədi ilə onlara qraffiti sənəti üzrə mühazirələr keçmişdi.

 

Bir estetik yaradıcılıq növü kimi, xüsusi ilə də təcrübəsiz və həvəskar rəssamlar tərəfindən çəkilmiş küçə rəsmləri, cəmiyyət tərəfindən ictimai binaların üzərinə cızma-qara edilmiş rəmzlər, adlar və ya sözlər kimi qəbul ediləndə gözyorucu olmağa başlayır. Əsl küçə sənəti üzərində çəkildiyi yer və ya insanlarla təmasda, bir növ dialoqda olur – küçə mədəniyyətinin təcəssümüdür və adətən müəllifinin fikirlərini və ya müşahidələrini əks etdirir. Həmçinin o, vizual baxımdan ətraf mühitlə təmasa girir. Bu xüsusda, Emilin qrafik dizayn təcrübəsi onun yaradıcılığına yansıyır – onun tərzi al-əlvan və hərəkətlidir. Əsərlərini imzaladağı “Moosem” ləqəbi, uşaqlıq illərində çəkdiyi “Moos” hərflərindən və ad, soyadının ilk hərfləri olan “e” və “m”-dən ibarətdir. Onun yumşaq və elastik xəttləri, ikiölçülü perspektivə baxmayaraq, rəsmlərinə axıcılıq və hərəkətlilik təəssüratı bağışlayır. Çəhrayının, narıncının və mavinin parlaq rezonansları, əksəriyyəti ənənəvi Azərbaycan insanını əks etdirən obrazlar kimi onun təsviri yaradıcılığını xarakterizə edir.

 

Əsərlərində yaratdığı obrazlar adətən gündəlik həyatımızda istehza olunan yerli və regional stereotiplərə işarə edir. Emilin qraffiti yazıları da həmçinin dinamik və hünərli,  balanslaşdırılmış və ekspressiv şəkildə vurğulanır.  Qrafik dizayner və illüstrator kimi onun yaradıcılığına başqa sahələrdə də rast gəlmək olar – işlərini yerli Azərbaycan mədəniyyətini əks etdirən stiker və ya məhdud tiraja malik futbolkalar şəklində əldə etmək olar. Emilin kreativ yaradıcılığı Bakının küçələri ilə dialoq vasitəsi ilə insanlara təsir edir və bununla küçə sənətini gündəlik həyatımızın əyləncəli hissəsinə çevirir.

Emil Məcnun
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir