Fərid Rəsulov
Çağdaş rəssam Fərid Rəsulov konseptual incəsənətə yönəlməzdən öncə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. On ili aşan praktikası ərzində rəssam bir çox sahəyə, Azərbaycan irsindən müşahidələri və bağları əks etdirən, geniş miqyaslı, detallı fotorealitstik rəsmlərə, arxitektur instalyasiyalara, üç ölçülü qrafikaya və heykəltəraşlığa müraciət edib. Onun əsərlərində güclü mədəni motivlərin üstünlük təşkil etməsi ilə yanaşı, keçmişlə indiki dövr arasında apardığı parallelər yaradıcılığına canlı, çağdaş bir üstünlük qazandırır. Gənc rəssam kimi, Azərbaycanı 53-cü Venesiya Bienalında təmsil etməyə layiq görülmüş F.Rəsulov 2013-cü ildə yenidən “Ornamentasiya” adlı Azərbaycan xalça motivləriylə bəzədilmiş otaq böyüklüyündə instalyasiya ilə bu mötəbər tədbirə qatıldı. Əsər təqdimat zamanı bütün diqqətləri öz üzərinə toplamaqla yanaşı, yumoristik xüsusiyyət daşıyır, insanları estetik gözləntiləriylə baş-başa buraxır, milli xüsusiyyətləri gözə çarpmayacaq şəkildə əks etdirir. Həmin əsər Bakıda, o cümlədən, Baku MOMA solo şousunda, həmçinin Moskva, Paris, Dubay, London, İstanbul və Nyu-York kimi şəhərlərdə nümayiş etdirilib. Onun fövqəltəbii tərzi incəsənət dünyasında layiqincə qiymətləndirilir və rəssam 2016-cı ildə Arte Laguna Prize 10 tədbiri çərçivəsində heykəltəraşlıq və instalyasiya üzrə nominasiyanın qalibi olur.
Fəridin ənənəvi milli metodlardan istifadəsi yaradıcılığına möcüzəli şəkildə yansıyır. Onun Venesiya Bienalında təqdim etdiyi boz beton üzərində həkk olunmuş Azərbaycan milli şəbəkə və ağac motivlərindən ibarət “Love Me, Love Me Not” əsəri milli və çağdaş dünya dekorasiya texnikası arasında harmoniya yaradır. “Architectural Dichotomy” adlı əsər, yan-yana düzülən və ya betondan boylanan, lakin heç vaxt ona batmayan şəbəkə panelləri tərzində qarşılaşdırır – çağdaşlıq ənənənin yerini tutmur, onunla eynidir. 2015-ci ilə aid “Fragile 1 & 2” taxta skulpturalarda rəssam incəsənət əsərlərinin və taxta palitraların bərkidilməsi üçün istifadə olunan taraların üz hissəsinə zərif həndəsi fiqurlar həkk edərək bizi incəsənətə necə baxdığımız və onu necə hiss etdiyimiz barədə düşünməyə dəvət edir.
2017 və 2018-ci illərdə onun fəaliyyəti ,əsasən, ABŞ-da, Nyu-York ştatının şimalında yerləşən ARTOMİ-də və Missuri şəhərinin Sent-Luis şəhərindəki Adam Aronson İncəsənət Mərkəzində və Laumyer skulptur parkında geniş fərdi sərgidə nümayiş olunub. “1000 Skewers” sərgisində Fərid Azərbaycan folklorundan ilhamlanaraq möhtəşəm instalyasiya yaratmaq üçün 1000-dən çox şişdən istifadə etmişdir. Skulptur parkında nümayiş etdirilmiş böyük mediya işi olan “Bird #1” (2018) əsəri ənənəvi xalça motivlərindən ilhamlanmış, Azərbaycanın vizual mədəniyyətinə olan heyranlığını əks etdirmişdir.
Bakıya qayıtdıqdan sonra Fərid azərbaycanlı rəssam Aida Mahmudova ilə birgə “Chelebi” dizayn şirkəti ilə əməkdaşlığa etməyə başladı. Buradakı mebel və dekorativ elementlər Fəridin ənənə ilə müasirliyi birləşdirmək sevgisinin nəticəsidir. Yarat-la birgə qurduğu studiyasında o, perspektivlərimizə çağırış edən və insanları dünyanı gözlənilməz formalarda görməyə dəvət edən sənət əsərləri yaratmağa davam edir.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.